CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaşımız gedir, bəs yerinə kim gəlir

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
MİS-lərin bələdiyyələrə verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir, onlar icra hakimiyyətlərinin balansından çıxmalıdır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Bir müddətdən sonra mənzil-istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək və bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır.

Bakının doqquzmərtəbəli binaları – krasnodarlı rəssam üçün kətan  - Sputnik Azərbaycan
VİDEO
Krasnodarlı rəssam Bakıda binaları "danışdırdı"

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda bələdiyyələrin mənzil-istismar idarələrini idarə etmək üçün tam imkanları yoxdur. Gərək bələdiyyələr təcrübə əldə etsin, əhali ilə bələdiyyələr arasında yüksək səviyyədə münasibətlər yaransın. Bundan sonra mənzil-istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək".

Ekspertlər mənzil-istismar idarələrinin bələdiyyələrə verilməsini Sputnik Azərbaycan-a şərh ediblər.

Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, ölkəmizdə mənzil idarəçiliyi ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilib və hazırda bununla bağlı bir sıra tədbirlər görülür. Eyni zamanda çoxmənzilli binaların idarə olunması istiqamətində əhəmiyyətli işlərin görülməsi prioritet məsələ kimi qarşıya qoyulub:

Tikinti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni məktəb və karvansarada yaşayanlar üçün bina tikiləcək - SƏRƏNCAM

"Mənzil idarəçiliyinin təkmilləşdirilməsi və xüsusilə çoxmənzilli binaların sahə mülkiyyətçiləri tərəfindən idarə olunması təmin ediləndən sonra əslində Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyətinə ehtiyac da qalmır. Ümumiyyətlə, son 10-15 ildə Azərbaycanda Mənzil İstismar Sahələrinin fəaliyyəti qeyri-qənaətbəxşdir, yəni onlar faktiki olaraq büdcə vəsaitlərinin səmərəsiz istifadəsində daha çox icra hakimiyyətləri tərəfindən istifadə olunan bir qurum kimi yadda qalırlar. Bu mənada MİS-lərin ləğv olunmasına ehtiyac var və əslində onların elə bir fəaliyyəti də yoxdur".

Ekspert MİS-lərin bələdiyyələrə verilməsini doğru hesab etmir: "Biz daha çox mənzil idarəçiliyinin təmin olunması istiqamətində addımlar atmalıyıq, nəinki MİS-ləri hər hansı bir idarəetmə orqanına həvalə etmək. Azərbaycanda mənzil idarəçiliyi daha çox özəl strukturlara və sahə mülkiyyətçilərinə həvalə olunmalı, bu istiqamətdə işlər görülməlidir. Fikrimcə, bələdiyyələr bu prosesə qatılmamalıdır. Ümumiyyətlə, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bir müddəa yoxdur. Bu, o deməkdir ki, mövcud Mənzil Məcəlləsi mənzil idarəetməsində belə bir qurumu faktiki olaraq tanımır. Sadəcə bu qurum köhnə qanunvericiliyə müvafiq olaraq icra hakimiyyətlərinin bir qolu kimi fəaliyyət göstərir və bu, fəaliyyət isə uğurlu deyil".

Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə binaların istilik dərdi - yaz gələr, yonca bitər

Osmanlı qeyd edib ki, dünya təcrübəsindən istifadə edərək Azərbaycanda mənzil fondunun özəl qurumlar, kooperativlər, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s. tərəfindən idarə olunması üçün şərait yaradılmalıdır. Əslində MİS-lərin fəaliyyət dairəsinə aid olan bütün məsələlər bu özəl qurumların fəaliyyətində öz əksini tapır. Ona görə də sahə mülkiyyətçiləri özləri onların mülkiyyətində olan mənzillərin idarəetməsində iştirak etməlidirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə MİS-lərin bələdiyyələrə verilməsini müsbət qiymətləndirib. Qeyd edib ki, MİS-lərin faktiki olaraq heç bir səlahiyyəti qalmayıb və onlar icra hakimiyyətlərinin tabeçiliyindədirlər. Bələdiyyələr isə müstəqil qurumdur. MİS-lərin bələdiyyələrə verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Onlar icra hakimiyyətlərinin balansından çıxmalıdır və ondan sonra bələdiyyəyə birləşə bilər. MİS-lərin bələdiyyələrə verilməsi onların gücünü artırar və normal bir xidmət sahəsi olar.

Şamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən bina - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda çoxmərtəbəli binanın tikintisi yarımçıq dayandırıldı

"Mənzil Məcəlləsində bələdiyyələrə çox böyük yer ayrılıb və onlar mənzil idarəçiliyində böyük rol oynaya bilərlər. İnkişaf etmiş ölkələrdə bələdiyyələrin praktikası çox geniş yayılıb və bələdiyyə vətəndaşın istənilən probleminə kömək edə bilir. Amma bizdə hələ də əksəriyyət MİS-lərə müraciət edir. Azərbaycanda da MİS-lərin bələdiyyəyə verilməsi çox yaxşı olar", - deyə ekspert bildirib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə jurnalistlərlə söhbətində bildirib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var. Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir. Bakıda yaşayan insanlar mənzil-istismar idarələrinə lift və digər xidmətlər üçün pul verirlər. Ancaq bu, mənzil-istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir aidiyyəti yoxdur.

Xəbər lenti
0