CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni məktəb və karvansarada yaşayanlar üçün bina tikiləcək - SƏRƏNCAM

CC0 / Pixabay / BuildingTikinti, arxiv şəkli
Tikinti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdaşda fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq

BAKI, 29 oktyabr — Sputnik. Ağdaş rayonunda yeni məktəb və yaşayış binası tikiləcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev iki Sərəncam imzalayıb.

Sənədlərdən birinə görə, Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır.

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident və birinci xanım “Qobu Park-2” yaşayış kompleksinin açılışında - FOTOLAR

Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

Digər bir Sərəncamla Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılmasına göstəriş verib.

Məktəbin tikilməsində maliyyələşməni Maliyyə Nazirliyi edəcək. İqtisadiyyat Nazirliyinə isə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq həvalə olunub. Məsələnin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Xəbər lenti
0