CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə binaların istilik dərdi - yaz gələr, yonca bitər

© Sputnik / Murad OrujovДевушка у комнатного обогревателя, архивное фото
Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəristiliktəchizat" ASC-nin nümayəndəsi: "Sakinlər mənzillərini təmir etdirərkən kəsdirdikləri mənzildaxili istilik xətlərini bərpa etməlidirlər ki, onlara istilik verilsin".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Hər il noyabrın 15-i Bakıda istilik mövsümünün başlanğıc günü kimi qəbul edilir. Amma Azərbaycanın paytaxtında hələ də illərdir istilik üzünə həsrət qalmış yaşayış binaları var və 15 noyabr tarixi onlara konkret heç nə demir. Həmin binaların sakinləri hər il payız gələndə yaşadıqları mənzillərə istiliyin veriləcəyini xəyal edə-edə yaza çıxırlar. Qışın sərt soyuğunda isə evlərini elektrik qızdırıcıları ilə qızdırmaq zorunda qalırlar. İş orasındadır ki, həmin binaların əksəriyyətinin zirzəmilərinə istilik xətti çəkilib, lakin həmin xəttə isti su gəlmir ki, gəlmir.

Sputnik Azərbaycan Bakıda istilik ala bilməyən binaların problemini araşdırıb.

İstilik sistemi - Sputnik Azərbaycan
RUSİYA
Əhaliyə şok: istilik əvəzinə qızdırıcılara elektrik cərəyanı buraxdılar

"Azəristiliktəchizat" ASC abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il respublika üzrə 3850 yaşayış binası istilik alacaq. Ötən il isə bu rəqəm 3830 olub. Yəni, istiliklə təmin olunan yaşayış binalarının sayında cüzi də olsa, artım baş verib. Regionların sosial- iqtisadi inkişaf proqramları çərçivəsində istiliklə təmin olunan yaşayış binalarının da sayı artır. Bununla belə, bu gün yaşayış binalarının istilik təminatında yaranmış çətinliyin bir neçə səbəbi var.

Əliyev deyib ki, köhnə mənzil fonduna daxil olan yaşayış binalarının mərkəzləşmiş istilik sisteminə qoşulması üçün istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması işləri aparılır. Yeni qazanxanaların tikintisi və ya modernləşdirilməsi ilə bərabər məhəllədaxili istilik xətlərin yenidən qurulması, binaların aşağı paylama istilik sistemlərinin tam bərpası istiqamətində işlər davam etdirilir.

Gödəkçələr, arxiv şəkli - Sputnik Azərbaycan
55 dərəcəyədək özü istilik verən paltar istehsal edildi

Bununla belə, "Azəristiliktəchizat"ın yetkilisi bildirir ki, bütün yaşayış binalarının hamısını birdən-birə istiliklə təmin etmək mümkün deyil. Bu istiqamətdə işlər dövlət proqramlarına uyğun maliyyə vəsaiti ayrıldıqca aparılır. O ki, qaldı aşağı paylama istilik sistemlərin çəkildiyi binalarda mənzillərin istilik ala bilməməsinə, bu problemin kökündə mənzildaxili istilik sistemlərinin kəsilməsi dayanır. Keçid dövründə bir sıra yaşayış binalarında sakinlər mənzildaxili istilik xətlərini kəsərək mənzillərində təmir işləri aparıblar. İndi həmin mənzillərə istilik verilməsi üçün sakinlər özləri mənzildaxili istilik xətlərini bərpa etməlidirlər ki, onlara istilik verilsin.

R. Əliyev deyib ki, Dövlət Proqramları çərçivəsində mənzildaxili istilik xətlərinin bərpasına vəsait ayrılmır. Odur ki, sakinlər bunu öz vəsaitləri hesabına etməlidirlər.

Qurumun səlahiyyətlisi iddia edir ki, hazırda yaşayış binalarının 75 faizi istiliklə təmin edilib. İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur. Mövsüm ərzində ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi planlaşdırılır.

Üşüyən qız, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hökumətdən xəbərdarlıq: paytaxt sakinlərini soyuqdan donmaq təhlükəsi gözləyir

Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, köhnə mənzil fonduna aid yaşayış binalarının istiliklə təmin olunması küllü məbləğdə maliyyə tələb edir. Odur ki, hökumət bu problemi dövlət proqramlarının icrası çərçivəsində mərhələli şəkildə həll edir.

Ekspertin sözlərinə görə, köhnə yaşayış binalarının çoxunun istilik sistemləri köhnədən qaldığından, onların əsaslı şəkildə yenilənməsinə ehtiyac var:

"Qazanxanaların, yeni xətlərin çəkilməsi kifayət qədər maliyyə tələb edir. Odur ki, yaşayış binalarının mərkəzləşmiş istilik təminatı probleminin həlli illərdir yubanır. Mənzildaxili istilik xətlərinin kəsilməsi məsələsinə gəlincə, bu işin dövlət vəsaiti hesabına həyata keçirilməsi mümkün deyil. Çünki, həmin xətləri mənzillərini təmir edərkən sakinlərin özləri kəsib. Bərpasını da öz hesablarına həyata keçirməlidirlər", - deyə Osmanlı bildirib.

Xəbər lenti
0