Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məhəmmədrəsul Məcidov: "Dünya çempionu Endi Ruisi məğlub edə bilərəm"

© Facebook / Magomedrasul MedjidovМагомедрасул Меджидов, фото из архива
Магомедрасул Меджидов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində peşəkar rinqdəki debütü və dünya çempionu titulu uğrunda mübarizəsinin perspektivləri barədə danışıb

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Mən hazırkı dünya çempionu Endi Ruisi məğlub edə bilərəm, o məndən güclü deyil. Bunu Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində azərbaycanlı boksçu, bu yaxınlarda peşəkar rinqdə debüt etmiş Məhəmmədrəsul Məcidov deyib.

Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan karateçiləri “Karate 1” Premyer Liqa turnirinin qalibi olub

Xatırladaq ki, Azərbaycan yığmasının heyətində həvəskar boks üzrə üçqat dünya çempionu, otuz iki yaşlı Məhəmmədrəsul Məcidov Nyu-Yorkdakı "Madison Square Garden"də peşəkar rinqdə keçirdiyi döyüşdə amerikalı boksçu Ed Fonteyni dördüncü raundda texniki nokautla məğlub edib. O özü isə ikinci raundda nokdauna düşmüşdü. Bu döyüşdən əvvəl ABŞ boksçusunun aktivində 12 qələbə və 6 məğlubiyyət var idi.

"Matchroom Boxing USA" şirkəti ilə uzunmüddətli reklam müqaviləsi imzalayan Məcidov tanınmış promouter Eddi Heyn ilə çalışır.

Məhəmmədrəsul Məcidov Sputnik Azərbaycan-a müsahibəsində Nyu-Yorkda keçirdiyi bu döyüş və peşəkar rinqdəki perspektivləri barədə ətraflı danışıb.

- Texniki nokautla qələbə qazanmağınıza baxmayaraq, debüt döyüşü sizin üçün heç də asan olmadı, nəzərə alsaq ki, ikinci raundda özünüz nokdauna düşmüşdünüz...

- Döyüş ümumilikdə plan üzrə getdi. Bəli, mən nokdauna düşdüm, amma o, ağır olmadı və mən heç bir zədə almadım. Mən hər bir raundda sakit döyüşdüm və hər şey yaxşı oldu. Mənə verilən tapşırıq ondan ibarət idi ki, dərhal nokauta salmayım, öz boksumu gələcəkdə də xatırlatmaq üçün tam mübarizə aparım. Mən iki ildir boksa çıxmamışam, ona görə də mənə rinqdə çox qalmaq vacib idi.

© AP Photo / Frank Franklin IIMəhəmmədrəsul Məcidov və Ed Fonteyni
Məhəmmədrəsul Məcidov: Dünya çempionu Endi Ruisi məğlub edə bilərəm - Sputnik Azərbaycan
Məhəmmədrəsul Məcidov və Ed Fonteyni

- Rəqibi nokauta necə saldığınızı xatırlayırsınız?

- Artıq üçüncü raundda rəqibim, demək olar ki, mənə müqavimət göstərmədi. Hətta hakim onu döyüşdən uzaqlaşdırmaq istəyirdi, amma qonq rəqibimi xilas elədi. Dördüncü raund başlayan kimi mən hücumlarımı davam etdirdim və onun küncdə dayanıb bir daha müqavimət göstərmədiyini görəndə, dəsmalı rinqə atdım.

- Bəs evdə sizin qələbənizi necə qarşıladılar?

- Çoxlu zənglər, təbriklər oldu. Hamı mənim peşəkar rinqdə debütümü çox gözləyirdi. Çoxları dedilər ki, peşəkar boksa daha tez keçməli idim.

- Ümumilikdə Nyu-Yorkdakı məşhur "Madison Square Garden"dəki döyüş, peşəkar rinqdəki debütlə bağlı təəssüratlarınız necədir?

- Bu, bir tərəfdən çox xoş idi, eyni zamanda məsuliyyətli idi. Baxmayaraq ki, şərtlər o qədər də yaxşı deyildi. Eyni zamanda isinmə hərəkətləri üçün nəzərdə tutulmuş zalın durumu "yaxşı" səviyyəsindən çox uzaq idi. İsinmə otağı çox balaca idi, həmişə yanımda üç nəfər dayanırdı, onlar mənə daim nəzarət edirdilər. 

Güləşçi Hacı Əliyev - Sputnik Azərbaycan
İDMAN
Qalmaqallı güləşçimiz Olimpiya lisenziyasından məhrum oldu
Döyüşdən əvvəl dopinq testi üçün az da olsa təbii ehtiyacımı ödəməli oldum. Bütün bunlar, təbii ki, döyüşə köklənməyimə bir qədər mane oldu.

Xüsusilə bu yaxınlarda yerlilərim Məhəmməd Abdulsalamov və Nyu-Yorkdakı döyüş zamanı aldığı zədədən sonra ölən Maksim Dadaşovla bağlı baş verənlərin ardından Nyu-Yorkda boksçular üzərində nəzarət çox gücləndirilib. Rinqə çıxmazdan qabaq mənə fiziki vəziyyətimi müəyyən etməyə yönəlmiş iyirmiyədək sual verdilər. Misal üçün, mən nokdaunda olmuşammı, döyüş zamanı başgicəllənməm olubmu, baş ağrıları hiss edirəmmi. Ola bilsin, bu, peşəkarlar arasında debüt döyüşüm olduğu üçün bütün bunlar mənə qeyri-adi gəlirdi.

- Nyu-Yorkdakı döyüşə qədər sizin Floridada məşq düşərgəniz olub...

- Bəli, biz Mayamidə məşq etmişik. Düzdür, oraya bir qədər gec getdik. Yeri gəlmişkən, Floridada tibbi müayinədən də keçdik. Menecerim Ziya Əliyev mənim üçün yaxşı şərait yaratmışdı, sparrinq partnyorlar seçmişdi.

- Növbəti döyüşünüz nə vaxta planlaşdırılır?

- İkinci döyüş Monakoda olacaq, dəqiq tarix məlum deyil, amma noyabrda olacağı istisna deyil. Həmçinin hələlik növbəti rəqibimin kim olacağı məlum deyil. İkinci döyüş üçün təlim də Floridada keçiriləcək, ancaq döyüşdən bir neçə həftə əvvəl Avropaya uyğunlaşmadan keçmək lazım gələcək...

Азербайджанский гроссмейстер Теймур Раджабов в финале Кубка мира в Ханты-Мансийске - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı şahmatçıdan əzmkar qələbə - Teymur dünyanın ən yaxşısıdır

- Meneceriniz Ziya Əliyev deyib ki, regional çempionluq kəməri uğrunda ilk mübarizənizi Bakıda keçirə bilərsiniz.

- Hesab edirəm ki, mənim üçün və ümumilikdə peşəkar Azərbaycan boksu üçün bu, irəliyə doğru böyük addımdır. Azərbaycanda həvəskar boks üçün o qədər də uyğun olmayan boksçu çoxdur. Onların bir çoxunun xaricdə keçirilən boks axşamlarında iştirak etmək imkanı yoxdur. Bildiyimə görə, Azərbaycanda peşəkar boks klubu yaratmağa hazırlaşırlar, yerli yetirmələr güclü peşəkar boksçulara çevrilə bilərlər.

- Peşəkar boks üzrə dünya çempionu titulu uğrunda yarışınız nə vaxt təşkil ediləcək?

- Düşünürəm ki, bir neçə ilə dünya çempionluğu uğrunda mübarizəyə hazırlaşa bilərəm. Hələlik mənə peşəkar rinqdə möhkəmlənmək üçün dörd-beş döyüş keçirmək lazımdır. Belədə mən indi də hazırlaşa və dünya çempionuna qarşı rinqə çıxa bilərəm. Amma çox da tələsmirəm. Başlanğıc üçün yarış təcrübəsini qaytarmaq daha yaxşıdır. Ancaq fiziki cəhətdən mən indi də 12 raundlu döyüş keçirməyə hazıram.

- Hazırkı dünya çempionu bu yaxınlarda britaniyalı Entoni Coşuaya qalib gəlmiş Meksika əsilli amerikalı Endi Ruisdir. Bu döyüşün nəticəsi sizin üçün gözlənilməz oldu?

- Açığı, Endi Ruisin ifasında boksla o qədər də tanış deyiləm. O, uzun müddət kölgədə qaldı və ona dünya çempionu tituluna namizəd kimi baxmırdılar. Göründüyü kimi, Coşua Endi Ruisi lazımınca qiymətləndirməyib.

© Sputnik / Murad FarzaliyevMəhəmmədrəsul Məcidov
Məhəmmədrəsul Məcidov: Dünya çempionu Endi Ruisi məğlub edə bilərəm - Sputnik Azərbaycan
Məhəmmədrəsul Məcidov

- Bəs siz Ruisi məğlub edə bilərsiniz?

- Bacararam, niyə də yox? Məgər o, məndən daha güclü və cəlddir (gülür)? Əlbəttə, Ruis yaxşı boksçudur, yaxşı texnikası və lazımi hazırlığı var.

Xəbər lenti
0