CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qalmaqallı güləşçimiz Olimpiya lisenziyasından məhrum oldu

Abunə olmaq
Ən ağır çəkili güləşçimiz Cəmaləddin Məhəmmədov isə belaruslu rəqibinə göz açmağa imkan verməyib - 9:1

BAKI, 20 sentyabr — Sputnik. Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə start verilib.

Bundan başqa, 55 və 65 kq-da mübarizə aparan sərbəst güləşçilərimiz - Hacı Əliyevlə Mahir Əmiraslanov təsəlliverici görüşlərə çıxıblar. 3 qat dünya çempionumuz misirli güləşçi ilə qarşılaşmadan böyük üstünlüklə ayrılaraq "Tokio-2020" Olimpiadasına vəsiqəyə bir addım yaxınlaşsa da, növbəti rəqibi, yaponiyalı Takuto Otoquroya 9:11 hesabı ilə məğlub olub.

Азербайджанский борец вольного стиля Гаджи Алиев - Sputnik Azərbaycan
İDMAN
Güləşçimizə qarşı təxribat: Polis dünya çempionumuzu zaldan çıxartdı

Mahir Əmiraslanov isə monqolustanlı rəqibi ilə bərabərə qalsa da (4:4), üstünlüyə görə qələbə qarşı tərəfə verilib.

Nəticədə, hər iki pəhləvan həm medaldan, həm də Olimpiya lisenziyasından məhrum olub.

Mundialın 7-ci günündə döşək üzərinə çıxan Ağahüseyn Mustafayev türk rəqibi Heydər Yavuzla çox gərgin keçən görüşdə 0:6 hesabı ilə məğlub olmasına baxmayaraq, yekunu öz xeyrinə dəyişməyi bacarıb - 10:6. Onun 1/8 finalda rəqibi bəhreynli Adam Batırov olacaq.

74 kq-dakı təmsilçimiz Hacımurad Hacıyev Hindistan güləşinin əfsanəsi Suşil Kumarla qarşılaşıb və 11:9 hesablı çətin qələbə qazanaraq mərhələni adlayıb. Hacıyev 1/16 finalda türkiyəli Soner Demirtaşla güləşəcək.

Ən ağır çəkili güləşçimiz Cəmaləddin Məhəmmədov isə belaruslu rəqibinə göz açmağa imkan verməyib - 9:1.

Qeyd edək ki, 74 və 125 kq-da mübarizə aparan və 1-6-cı yerləri tutacaq güləşçilər "Tokio-2020" Olimpiadasına lisenziyanı təmin edəcəklər.

Xəbər lenti
0