BAKI, 2 oktyabr — Sputnik. Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 8 oyunu keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, növbəti oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar. Turnirin son qalibi İngiltərə "Liverpul"u Avstriya "Zaltsburq"unu qəbul edəcək.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada olacaq. "Barselona" İtaliya "İnter"i ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
E qrupu
20:55. "Genk" (Belçika) - "Napoli" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) - "Zaltsburq" (Avstriya)
F qrupu
20:55. "Slaviya" (Praqa, Çexiya) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
G qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Lion" (Fransa)
23:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)
H qrupu
23:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə)
23:00. "Valensiya" (İspaniya) - "Ayaks" (Hollandiya)