Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 1 oktyabr — Sputnik. Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turuna start verilir. Sputnik Azərbaycan xəbər verir ki, növbəti mərhələdə 8 qarşılaşma baş tutacaq.
Günün mərkəzi oyunu Londonda keçiriləcək. "Tottenhem" öz meydanında "Bayern" Münhen klubunu qəbul edəcək. Bu maraqlı görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq və "İdman Azərbaycan" kanalı ilə birbaşa yayımlanacaq.
Azərbaycan azarkeşlərinin səbirsizliklə gözlədiyi "Qalatasaray" - "PSJ" oyunu da eyni vaxtda start götürəcək və "CBC Sport" kanalı ilə nümayiş olunacaq. Qeyd edək ki, fransızlar İstanbula böyük itkilərlə gəlir. Klubun rəsmi saytının açıqladığı iştirak ərizəsində aparıcı futbolçuların - hücumçular Neymar, Edinson Kavani və yarımmüdafiəçi Yulian Drakslerin adı yoxdur. Neymar və Draksler cəzalı durumda, Kavani isə zədəlidir.
"Real" - "Brügge" 20:55
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Diyan Valkov, Stanislav Todorov (hamısı Bolqarıstan)
"Atalanta" - "Şaxtyor" (Donetsk) 20:55
Hakimlər: Tobias Stieler, Mayk Pikel, Kristian Qittelmann, Marko Frits (hamısı Almaniya)
"Qalatasaray" – PSJ 23:00
Hakimlər: Szumon Marçiniak, Pavel Sokolniçki, Tomas Kistkieviç, Tomas Musial (hamısı Polşa)
"Srvena Zvezda" - "Olimpiakos" 23:00
Hakimlər: Benoit Bastien, Hiçam Zakrani, Frederik Haquette, Amauru Delerue (hamısı Fransa)
"Tottenhem" - "Bavariya" 23:00
Hakimlər: Klement Turpin, Nikolas Danos, Kuril Qrinqore, Frank Şneyder (hamısı (Fransa)
"Mançester Siti" - "Dinamo" (Zaqreb) 23:00
Hakimlə: Serdar Gözübüyük, Karles Şaap, Yan de Vries, Kevin Blom (hamısı Hollandiya)
"Lokomotiv" - "Atletiko" 23:00
Hakimlər: Orel Qrinfels, Roi Hasan, İdan Yarkonu, Roi Reinşeyber (hamısı İsrail)
"Yuventus" - "Bayer" 23:00
Hakimlər: Villiam Kollum, Fransis Konnor, David Makkey, Nikolas Valş (hamısı Şotlandiya).