CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki ayrı bəlaya eyni cəza: sürücülük vəsiqəsi əllərindən alınsa, rahatlarıq

CC0 / Kei Scampa / VehicleSürücü, arxiv şəkli
Sürücü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Spirtli içkini insan təsadüfən də qəbul edə bilər, gözləmədiyi halda hansısa məclisə düşə bilər. Narkotik istifadə etmək isə bir xəstəlikdir"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik.  Ölkədə alkoqol və ya narkotik vasitədən istifadə edərək avtomobl idarə edənlərə tətbiq edilən cəzalar eynidir.

Dayanmış avtomobillər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qadağanı bilirik, dayanmaya bilmirik - Sürücülər dərdlərinə çarə axtarırlar

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sürücülər ya 400 manat cərimə edilirlər, ya da sürücülük hüquqları 6 aydan bir ilə qədər məhdudlaşdırılır.

Alkoqollu içkilərdən çox adam istifadə etsə də, narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmək xəstəlikdir. Və bu xəstəlikdən çox az adam sağala bilir.

Ekspertlər təklif edirlər ki, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik və psixotrop maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkotik maddələrin təsiri altında olan sürücülər hətta bunu eyib saymırlar:

"Son illər, yəqin ki, fikir vermisiniz ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edənlərin sayı artır. Bəziləri bunu adi hal kimi qəbul edir, hətta polis tərəfindən saxlanılan zaman da etiraf edirlər ki, spirtli içki deyil, narkotik vasitə qəbul ediblər. Bəzi sürücülər utanıb-çəkinmədən "bir az hallanmışam", "bir az keflənmişəm" deyirlər. Düşünürəm ki, bunun qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır".

E.Muradlı qeyd edib ki, buna qədər sükan arxasında narkotik vasitələrdən istifadə edərək, avtobus idarə edən sürücülərə rast gəlinib. Hətta sərnişin daşıya-daşıya narkotik vasitə hazırlayıb çəkən sürücülər, sənədsiz avtobus idarə edən sürücülər var.

"Narkotik asılılıq spirtli içkidən istifadə etmək qədər sadə bir proses deyil. Spirtli içkini insan təsadüfən də qəbul edə bilər, gözləmədiyi halda hansısa məclisə düşə bilər. Narkotik istifadə etmək isə bir xəstəlikdir. Buna görə də spirtli içki qəbul edib avtomobil idarə edənlərlə narkotik istifadə edib avtomobil idarə edənlərin cəzalandırılması arasında bir fərq olmalıdır", - deyə Muradlı bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları və jurnalistlərin iştirakı ilə Nərimanov rayonu ərazisində reyd - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda reyd: "Avtoş"lar, sərxoş sürücülər saxlanıldı

O, hesab edir ki, digər ölkələrdə olduğu kimi, narkotik istifadəçisi olan sürücülər aşkarlandığı zaman dərhal sürücülük hüququndan məhrum edilməli və məcburi müalicəyə göndərilməlidirlər: "Çünki bu sürücülər bir gün insanların bədbəxtliyinə səbəb ola bilərlər. Məcburi müalicə 3-5 il müddətində olmalıdır. Əgər bu şəxs həmin müddətdə sağalarsa və xüsusi komissiyadan sağlamlığına dair sənəd gətirə bilərsə, bu şəxsin sürücülük hüququ qısa müddətli sınaq müddətinə yenidən bərpa edilə bilər. Həmin şəxs özünü doğruldarsa, onun sürücülük hüququ tam bərpa edilə bilər. Amma bu günə qədər mən narkotikdən sağalan bir insana rast gəlmədim. Bu səbəbdən də bu kimi təhlükələrin qarşısı alınmalıdır. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə və Yol hərəkəti haqqında qanuna bununla bağlı dəyişiklik etmək lazımdır. Dəyişiklik ondan ibarət olmalıdır ki, spirtli içki içərək avtomobil idarə edənlərlə narkotik vasitə və psixotrop maddələr qəbul edərək avtomobil idarə edənlərə verilən cəza fərqli olmalıdır".

Nəqliyyat eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda spirtli içki içərək avtomobil idarə edənlərə qarşı yol polisi tərəfindən görülən tədbirləri təqdirəlayiq hesab edir.

Onun fikrincə, Azərbaycanda digər ölkələrlə müqayisədə bu tədbirlər daha operativ və kəskin aparılır: "Müxtəlif ölkələr var ki, həmin ölkələrdə spirtli içki içərək avtomobil idarə edənlər sadəcə cərimə edilirlər. Amma Azərbaycanda həmin avtomobillər cərimə meydançasına aparılır və sürücülərə içkili vəziyyətdə avtomobil idarə etməyə icazə verilmir. Bu, təhlükəsizlik baxımından çox vacibdir".

E.Cəfər qeyd edir ki, eyni zamanda narkotik vasitələr qəbul edərək avtomobil idarə edən sürücülərə qarşı da tədbirlər görülür. Lakin burada alkoqol və narkotiklərlə bağlı vəziyyətləri fərqləndirmək çətindir: "İlk baxışdan narkotik istifadəçiləri ilə spirtli içki içənləri fərqləndirmək çox çətindir.

Heç bir halda belə şəxslərin avtomobil idarə etməsinə icazə verilmir. Cəza verilməsinin fərqləndirilməsi isə qanunverici orqan tərəfindən müəyyənləşdirilməlidir. Məsələ ondadır ki, konkret spirtli içki və ya narkotik istifadəçisi olan şəxslərə sürücülük vəsiqəsi verilmir. Əgər narkotik vasitə qəbul etmiş şəxs dəfələrlə bu maddədən istifadə edib və dəfələrlə saxlanılıbsa, həmin şəxs avtomobil idarə etməkdən ömürlük məhrum edilməlidir.

Və heç bir halda həmin şəxsə sürücülük vəsiqəsi verilməməlidir. Eyni şeyi biz dəfələrlə polis tərəfindən içkili vəziyyətdə avtomobl idarə edərək saxlanılan şəxslərə aid edə bilərik. Bu şəxslər artıq spirtli içkilərin aludəçisidir".

Ekspert hesab edir ki, belə şəxslər müalicə olunana qədər sürücülük hüququndan məhrum edilməlidirlər.

Qax Rayon Dövlət Yol Polisi əməkdaşları isti hava şəraiti ilə əlaqədar olaraq reyd keçiriblər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaxda qeyri-adi reyd: polisin saxladığı hər sürücü sevindi - FOTO

Xatırladaq ki, bu hallar İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Yuxarıda qeyd etdiyimiz cəzalardan əlavə, bu cür xətalar bəzi hallarda 5 balla da qiymətləndirilə bilər.

Qeyd edək ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.  Və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Xəbər lenti
0