BAKI, 28 avqust — Sputnik. AFFA-nın İntizam Komitəsi bu gün növbəti iclasını keçirib. Sputnik Azərbaycan xəbər verir ki, futbol üzrə Azərbaycan çempionatının Premyer Liqası və I divizionunda qayda pozuntuları ilə bağlı cəzalar açıqlanıb.
25 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın II turunun "Sabah" – "Keşlə" matçının 74-cü dəqiqəsində "Keşlə" klubunun 10 №-li futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
25 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın II turunun "Zirə" – "Neftçi" matçının 80-ci dəqiqəsində "Zirə" klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 75).
25 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın II turunun "Sumqayıt" – "Səbail" matçı başa çatdıqdan sonra "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildirmişdilər.
İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasova bu hala görə ciddi xəbərdarlıq edir. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.
İntizam Komitəsinin qərarları:
22 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun I turunun "Qaradağ Lökbatan" – "Sumqayıt-2" matçında "Qaradağ Lökbatan" klubunun "A" buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunur (maddə 49.6).
"Qaradağ Lökbatan" klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
22 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun I turunun "Neftçi-2" – "Keşlə-2" matçında "Neftçi-2" və "Keşlə-2" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 47-ci dəqiqəsində "Keşlə" klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 75-ci dəqiqəsində "Neftçi" klubunun 75 №-li futbolçusu Nihad Qurbanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
23 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun I turunun "Zaqatala" – "Sabah-2" matçının 24-cü dəqiqəsində "Zaqatala" klubunun 17 №-li futbolçusu Bəhruz Teymurov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
"Sabah-2" klubunun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur (maddə 62.1).
23 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun I turunun "Zirə-2" – "Ağsu" matçında "Zirə-2" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunöncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
VAR olan yerdə - minlərlə adam işsiz qala bilər>>
23 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun I turunun "Səbail-2" – "Turan Tovuz" matçında "Turan Tovuz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur (minumum 18 yaş) haqqında (maddə 64.1).
22 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun I turunun "Kəpəz" - MOİK matçında "Kəpəz" klubunun "A" buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunur (maddə 49.6).
Qeyd edək ki, verilən qərarlar Azərbaycan çempionatının yüksək liqasında 2-ci tur və I divizionun I turuna aiddir.