Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

VAR olan yerdə - minlərlə adam işsiz qala bilər

© AFP 2023 / FRANCISCO LEONGFutbolçunun kölgəsi
Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
FİFA nəzdində yaradılmış qrup yeni texnologiyanın futbola gətirilməsi üzərində araşdırma aparır

BAKI, 26 avqust — Sputnik. FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə robotlardan istifadə etmək barədə düşünür.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Britaniyanın "Mirror" nəşri məlumat yayıb. Baş hakimin köməkçiləri tarixə qovuşa bilər. FİFA nəzdində yaradılmış qrup yeni texnologiyanın futbola gətirilməsi üzərində araşdırma aparır. Əgər "VAR" sisteminin araşdırması sübuta yetirsə ki, robotlar yan hakimi əvəzləyəcəyi təqdirdə daha dəqiq qərar verir, bu iş baş tutacaq. Bunun dəqiq nə vaxt həyata keçəcəyi haqda isə məlumat verilmir. FİFA prezidenti Canni İnfantino da yeni texnologiyanın futbolda tətbiqinin əleyhinə deyil.

Qeyd edək ki, son illər futbolda müasir texnologiyaların tətbiqi genişlənməyə başlayır. İlk belə addım qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən kompüter funksiyası olub. 2018-ci ildən başlayaraq isə "VAR" sistemi tətbiq olunub. Bunun sayəsində hakimlər epizodlara təkrar baxa və bundan sonra qərar çıxara bilərlər.

Xəbər lenti
0