Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bankların təklif etdiyi hər yüz manatdan altmış beşi..."

© Sputnik / Murad OrujovПачка азербайджанских манатов в руке. Архивное фото
Пачка азербайджанских манатов в руке. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati deyil, tövsiyə xarakterli tədbirlər həyata keçirsin"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. "Hazırda Azərbaycanda kommersiya banklarının depozit (əmanət) portfeli ilə kredit portfeli arasında faizlər baxımından kəskin fərq var. Bankların kredit qoyuluşları 13 milyard 146 milyon manatdır, vətəndaşlardan cəlb etdiyi əmanətlərin həcmi isə 8 milyard 736 milyon manatdır. Bankların vətəndaşlardan cəlb etdiyi əmanətlər ümumi kredit qoyuluşlarının 65 faizini təşkil edib. Bu isə o anlama gəlir ki, bankların təklif etdiyi hər 100 manatdan 65 manatı vətəndaşdan cəlb edilən vəsaitlərdir".

Мужчины выходят из здания офиса Deutsche Bank в Лондоне - Sputnik Azərbaycan
Alman nəhənginin çətin günləri: "Deutsche Bank" radikal addımlar atır

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov ölkədə kredit ilə əmanət faizləri arasındakı fərqdən danışarkən Sputnik Azərbaycan-a deyib.

O bildirib ki, kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var: "Aparıcı banklar manatla depozitlərə orta hesabla 7 faiz, xarici valyutada olan depozitlərə hətta 1 faizdən az divident təklif edirlərsə, kreditlər üzrə faiz dərəcələri tamamilə fərqlidir. Milli valyutada kreditlər üzrə faiz dərəcələri 24 faizədək, bəzi banklarda 29 faizədək yüksəlir. Xarici valyutada kredit faizləri 15 faiz ətrafında dəyişir. Bu, ondan xəbər verir ki, əmanət faizləri ilə kredit faizləri arasında nəinki faiz, hətta bir neçə dəfə fərq var. Bu, o deməkdir ki kommersiya bankı bir vətəndaşdan manatla vəsaiti 7 faizlə alır, digər vətəndaşa isə həmin pulu 3 dəfə baha təklif edir".

Onun fikrincə, əslində əmanət faizləri ilə kredit faizləri arasındakı münasibətin qorunub saxlanmasına ehtiyac var: "Əmanətlər bankların cəlb etdiyi vəsaitlərin içərisində xüsusi paya malikdir. Biz təklif edirik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati deyil, tövsiyə xarakterli tədbirlər həyata keçirsin. Xüsusilə Palatanın faizlər arasında limitin müəyyən edilməsi ilə bağlı banklara tövsiyə xarakterli müraciət etməsi məqsədəuyğun olar. Çünki əmanət faizləri ilə kredit faizləri arasında fərqin hətta 2 dəfədən çox olması belə iqtisadi baxımdan izah edilə bilməz. Əslində fərq 2 dəfədən az olmalıdır. O baxımdan bunun tənzimlənməsinə ehtiyac var".

"Qısa müddətli dövr üçün faizlər arasında tövsiyə edilən həddin birbaşa banklara təqdim edilməsi daha məqsədəuyğundur. Amma məsələnin fundamental və strateji həlli bank sektorunda rəqabətin gücləndirilməsidir"-deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
Ekspert: “Bank sisteminin hesabatlılığı kifayət qədər şəffaf deyil”

O bildirib ki, fərqin yaranmasının əsas səbəbi bankların yenə də daha çox gəlir əldə etməyə çalışmasıdır: "Təəssüf ki, qısa müddətə daha çox gəlir əldə etmək prinsipi banklar üçün prioritet olaraq qalır. Bu da özünü kredit strukturunda göstərir. Bu gün bankların təklif etdiyi kreditlərin 43 faizi istehlak kreditləridir. 17 faizi ticarətə yönəldilən kreditlərdir. Cəmi 5,8 faizi istehsal və sənayeyə yönəldilib. Kənd təsərrüfatına yönəldilən kreditlərin həcmi ümumi kredit portfelinin 4 faizindən azdır. Bu da bankların yenə də daha yüksək faizlə istehlak kreditlərinə meyilli olmasından xəbər verir".

Ekspertin sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə əmanət ilə kredit faizləri arasında bir əlaqə mövcuddur: "Çünki əmanət faizi ümumi kredit faizinin xərcini formalaşdırır. İnkişaf etmiş ölkələrdə kredit faizləri 3-5 faiz, əmanət faizləri isə 1 faiz ətrafında dəyişir. Həm əmanət, həm də kredit faizləri aşağıdır. Əmanət ilə kredit faizləri arasındakı münasibətin tənzimlənməsinə ehtiyac var. Əks halda banklar vətəndaşdan aşağı faizlə pulu cəlb edib daha yüksək faizlə kredit kimi təklif etməkdə davam edəcək".

Xəbər lenti
0