Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Bank sisteminin hesabatlılığı kifayət qədər şəffaf deyil”

© Facebook / reshad.hasanov.5İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hesabatlılıq qaydasında olsa idi, qısa müddət ərzində bu qədər iş yükü formalaşmayacaqdı
Rəşad Həsənov: “Proses texniki qüsurlarla yadda qaldı”

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, ümumilikdə problemli kreditlərin həlli prosesinin idarə olunmasını məqbul hesab etmək olar:

“Baxmayaraq ki, proses bəzi texniki qüsurlarla yadda qaldı. Bunu da prosesin miqyasının genişliyindən dolayı anlayışla qarşılamaq olar. Çünki 800-900 min subyektə aid əməliyyatların həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu proses göstərdi ki, Azərbaycan bank sisteminin hesabatlılığı kifayət qədər adekvat və şəffaf deyil. Əgər hesabatlılıq qaydasında olsa idi, qısa müddət ərzində bu qədər iş yükü formalaşmayacaqdı. Ümid edirik ki, növbəti addımlarda yüksək məbləğli kredit götürmüş şəxslərin problemlərinin həllinin mexanizmlərinin yaradılmasını müşahidə edəcəyik”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0