CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Trampın yeni qurbanı: Ticarət müharibəsi "Apple"nin başında partladı

© REUTERS / JONATHAN ERNSTABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin üçüncü rübündə şirkətinin mənfəəti 13 faiz azalıb. Çinlilər isə "iPhone" smartfonlarını daha az alırlar

BAKI, 23 avqust — Sputnik. "iPhone" smartfonlarının satışı bütün dünya üzrə düşməkdədir. Belə ki, Vaşinqton və Pekin arasında aqressiv ticarət müharibəsi fonunda "Apple" əhəmiyyətli bazarlardan biri olan Çində mövqelərini itirir – çinlilər "iPhone" smartfonlarını daha az alırlar.

 Apple notbuku, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ-dan "Apple" notbuklarına qadağa

Lakin görünür Tramp Silikon Vadisi nəhənginə qarşı yeni zərbə hazırlayıb: o, istəyir ki, "Apple" Çində olan istehsalatı bağlasın və ölkəni tərk etsin. Belə bir təəssürat yaranıb ki, şirkət Vaşinqton və Çin arasında ticarət müharibəsinin qurbanına çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya dair məqaləsində vəziyyəti şərh edib.

Pis göstəricilər

Bu ilin üçüncü rübündə "Apple" şirkətinin mənfəəti 13 faiz azalıb. Mədaxilə gəldikdə isə şirkət təxminən 54 milyard dollar qazanıb (keçən il ilə müqayisədə bu cəmi bir faiz çoxdur).

Analitiklər isə qeyd edirlər ki, "iPhone" smartfonlarının satışından əldə edilən gəlir əhəmiyyətli dərəcədə azalıb. Qeyd edək ki, "Apple" şirkətinə əsas gəliri ənənəvi olaraq bu smartfonlar gətiriblər. Keçən il "iPhone" smartfonlarının satışından əldə edilən gəlir 29,47 milyard dollar olub, bu il isə bu rəqəm azalaraq 25 milyard dollar səviyyəsində qərarlaşıb.

"iPhone" smartfonların satışının azalmasına əsas səbəblərdən biri Çində onlara olan tələbatın aşağı düşməsi ilə bağlıdır. Vaşinqtonun "Huawei" ilə bağlı qalmaqaldan sonra çinlilər "Apple" cihazlarını boykot etməyə başlayıblar. Bundan başqa, dekabrda Çin məhkəməsi yeddi "iPhone" modelinin Çinin ərazisində satışına qadağa qoyub.

Trampın təzyiqi

Silikon Vadisi nəhənginin Çin kimi əhəmiyyətli bir bazarı tədricən itirməsi fonunda ABŞ Prezidenti Donald Tramp şirkətin istehsalı bu Asiya ölkəsindən çıxarmasını tələb edir. Tramp belə bir qənaətə gəlib ki, "Apple" bütün cihazlarını, ilk növbədə "iPhone" smartfonlarını Amerikada istehsal etməlidir.

"Yaddan çıxarmayın ki, "Apple" öz məhsullarını Çində istehsal edir. Mən Tim Kuka  ("Apple" şirkətinin rəhbəri – red.) demişəm ki, dostum, gəlin onu ("iPhone" smartfonunu – red.) ABŞ-da istehsal edin" - Tramp deyib.

ABŞ və Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ dövlət qurumlarına Çin məhsullarından istifadəni qadağan edib

Müşahidəçilər isə çaşbaş qalıblar: Trampın bu ideyası ola bilər ki, heç də pis fikir deyil. Lakin o, bir sıra logistik məsələləri və iqtisadi reallıqları nəzər almır. Bir tərəfdən istehsalatın ABŞ-a köçürülməsi istehsal xərclərinin artması deməkdir. O biri tərəfdən isə istehsal üçün lazım olan hissələri Çindən başqa haradan götürmək olar sualı hələ də cavabını tapmayıb.

Lakin Trampın bu istəyi "Apple" üçün yaxşı heç nə vəd etmir. Hesablamalara görə, istehsalatın ABŞ-a köçürülməsi üçün şirkət 40 milyard dollar "tərləməli" olacaq.

"Apple" şirkətinin zəif satışları korporasiyanın biznesini aşağı dartır. Şirkət öz smartfonlarına olan marağın düşməsini rəqəmsal xidmətlər sektoruna üz tutmaqla kompensasiya etməyə çalışır. Lakin analitiklər qeyd edirlər ki, bu sektor da "Apple" üçün elə də perspektivli deyil, çünki bu sektor rəqəmsal xidmətlər göstərilən müştərilərin "Apple" cihazlarından və xidmətlərindən, xüsusilə "iPhone" smartfonlarından istifadə etmələrini tələb edir.

Xəbər lenti
0