ABŞ-dan "Apple" notbuklarına qadağa

CC0 / freestocks.org / laptop "Apple" notbuku, arxiv şəkli
 Apple notbuku, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İyunda "Apple" bəzi 15 düymlük "MacBook Pro" notbuklarının batareyalarının həddindən artıq çox qızdığını aşkar edib

BAKI, 14 avqust — Sputnik. ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) "Apple" şirkətinin bəzi notbuklarının təyyarələrdə daşınmasına qadağa qoyub. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "The Hill" nəşri yayıb.

Məlumata görə, 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralınadək satılmış "MacBook Pro" cihazları qadağa altına düşür.

Наушники Apple AirPods - Sputnik Azərbaycan
"Apple" smartfonlarını "sındıracaq" şəxsə 1 milyon dollar verəcək

Qeyd olunur ki, iyunda "Apple" bəzi 15 düymlük "MacBook Pro" notbuklarının batareyalarının həddindən artıq çox qızdığını aşkar edib. Bu problem yanğın riskini artırır və bununla bağlı olaraq şirkət sözügedən məhsullarını geri çağırdığını elan edib.

Federal Aviasiya Administrasiyası bu noutbukların batareyalarında aşkar olunmuş problemlə bağlı olaraq aviaşirkətləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Qaydalara görə, istehsalçı tərəfindən geri çağırılmış batareyaları olan cihazlar təyyarələrdə daşına bilməzlər.

2016-cı ildə ABŞ Nəqliyyat Nazirliyi "Samsung Galaxy Note 7" smartfonlarının təyyarələrdə daşınmasına qadağa qoyub. Bundan bir müddət öncə "Samsung" şirkəti "Galaxy Note 7" smartfonlarının akkumulyatorlarının yanması və partlaması səbəbindən bu cihazların istehsalını və satışını dayandırıb.

Xəbər lenti
0