ABŞ dövlət qurumlarına Çin məhsullarından istifadəni qadağan edib

© REUTERS / Aly SongABŞ və Çin bayraqları, arxiv şəkli
ABŞ və Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ rəhbərliyi dövlət qurumlarına Çinin Huawei, ZTE, Hytera, Hikvision və Dahua şirkətlərinin məhsullarını almağı müvəqqəti olaraq qadağan edib.

BAKI, 9 avqust — Sputnik. ABŞ rəhbərliyi dövlət qurumlarına Çinin Huawei, ZTE, Hytera, Hikvision və Dahua şirkətlərinin məhsullarını almağı müvəqqəti olaraq qadağan edib.

Sputnik Türkiyə Reuters-ə istinadla xəbər verir ki, ABŞ rəhbərliyinin sözügedən texnologiya firmalarına qoyduğu yeni qadağa Tramp administrasiyasının keçən ildən etibarən Çin şirkətlərinə tətbiq etdiyi təzyiqin yeni mərhələsidir. Tramp administrasiyası qadağa çərçivəsində dövlət qurumlarına Huawei də daxil olmaqla Çinin aparıcı texnoloji şirkətləri - ZTE, Hytera, Hikvision və Dahua istehsalı olan məhsullardan bir müddət uzaq durmağı əmr edib.

ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
"Bizim problemimiz Çin deyil" - Tramp

Bu qadağa ötən il ABŞ-da qəbul edilən Milli Müdafiə İcazə Aktı (NDAA) çərçivəsində həyata keçirilib. Həmin akta əsasən, özəl Amerika şirkətləri Çin şirkətlərindən texnologiya və xidmət aldığı təqdirdə, ABŞ dövləti onlarla hər-hansı müqavilə bağlamayacaq.

Huawei şirkətindən verilən açıqlamada qadağanın Konstitusiyaya uyğunluğu məsələsində mübarizəyə davam edəcəkləri qeyd olunub.

ABŞ hökuməti 5G baza xidmətləri göstərən Huawei firmasının öz fəaliyyəti ilə Amerika xalqının mənafelərini təhlükəyə atdığını iddia edib. Huawei isə ABŞ rəhbərliyinin şirkətə qarşı "Çinin xeyrinə casusluq" iddialarını rədd edir.

Qadağan edilən beş şirkətdən biri olan Hikvision-dan verilən açıqlamada isə şirkətin fəaliyyət göstərdiyi bütün ölkələrdə qanun və qaydalara riayət etdiyi qeyd olunub. "Hikvision, öz məhsullarında ABŞ hökumətinin qoyduğu məcburi şərtlərə əməl etmək üçün çalışır", – deyə şirkət öz açıqlamasında bildirib.

 

Xəbər lenti
0