BAKI, 22 avqust — Sputnik. Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" klubu Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunun idarə edilməsi isveçrəli Dandro Şenerə tapşırılıb. Azarkeşlərin nəzərinə çatdıraq ki, Belfastın "Vindsor Park" stadionunda baş tutacaq "Linfild" - "Qarabağ" oyunu canlı yayımlanacaq. Belə ki, tərəflər arasında keçiriləcək ilk matç "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.