Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi klublarımızın Avrokuboklarda çıxışı barədə: son ümid “Qarabağ”dır

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, Qurban Qurbanov heyətlə bağlı çətinlikləri aradan qaldıra biləcək
Sənan Şəfizadə: “Qarabağ”ın heyətlə bağlı müəyyən problemləri var”

Bakının “Neftçi” komandası iki oyunun nəticəsinə görə İsrail təmsilçisinə məğlub olaraq Avrokuboklarda mübarizəni dayandırıb. Hazırda ölkəmizi təkcə Ağdamın “Qarabağ” klubu Avropa Liqasında təmsil edir.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, son oyunda məğlubiyyətə baxmayaraq, “Neftçi” “Bney Yehuda”dan güclü komandadır: “Bu il də Azərbaycan futbol ictimaiyyətinin son ümidi “Qarabağ”dır. Düşünürəm ki, “Qarabağ” Şimali İralandiya klubunu keçəcək və Avropa Liqasının qrupuna düşə biləcək. Hazırda “Qarabağ”ın heyətlə bağlı müəyyən problemləri var. Bununla belə, Qurban Qurbanovun heyətlə bağlı çətinlikləri aradan qaldıra biləcəyinə inanıram. “Qarabağ” qrupa düşməyi bacarsa, lazım olan transferlər ediləcək”.

Qeyd edək ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya çempionu “Linfild”lə üz-üzə gələcək.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0