CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlıların pulları kimlərin hesabına yatır - əsas bankımız hərəkətə keçdi

© © ABB-nin mətbuat xidmətiBank əməliyyatçısı, arxiv şəkli
Bank əməliyyatçısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Faktiki hər bank vasitəsilə ayda 10 min dollar xaricə köçürmək mümkündür və bu da ümumilikdə 300 min dollar edir. Bunun üzərində nəzarət yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Mərkəzi Bankın İdarə Heyəti iyulun 11-də "Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair təlimat"ı təsdiqləyib.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər

Sputnik Azərbaycan-ın məlumatına görə, təlimat Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə hazırlanıb.

Hesabatda fiziki şəxslərin bank hesablarından 1000 ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunmalıdır.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında təlimatın hazırlanmasını müsbət qiymətləndirib: "Mövcud qanunvericiliyə görə, 1 fiziki şəxs təyinatı göstərmədən xaricə gündə 1000 dollar, ayda isə 10 min dollar köçürə bilər. Əgər xaricə bu rəqəmdən çox pul göndərərsə, o halda təyinatı göstərməlidir. Söhbət təyinatı göstərmədən gedir. Fiziki şəxslərlə hüquqi şəxslərin fərqi ondadır ki, hüquqi şəxslər təyinatı göstərmədən xaricə pul köçürə bilməzlər. Fiziki şəxslərə isə bu imkan verilib, sadəcə məbləğ məhduddur. Amma bunun üzərində nəzarət yoxdur".

Pensiyaçılara kredit vermirlər, çünki onların ölmək kimi adətləri var>>

O bildirib ki, bu gün Azərbaycanda 30 bank var: "Hər bankdan ayda 10 min dolları keçməmək şərtilə gündə xaricə 1000 dollar köçürə bilərəm. Faktiki hər bank vasitəsilə ayda 10 min dollar xaricə köçürmək mümkündür və bu da ümumilikdə 300 min dollar edir. Bunun üzərində nəzarət yoxdur. Məsələn, A bankına gəlib 1000 dolları xaricə köçürürəm, sonra B bankına gedirəm və 1000 dollar da oradan xaricə köçürürəm. Axı, B bankı bilmir ki, A bankına da gedib xaricə pul köçürmüşəm. Bunlar arasında məlumat mübadiləsi də mümkün deyil bank sirrinə görə. İndi bunun üzərində nəzarət sistemi yaratmaq istəyirlər. Söhbət ölkədən pul axınının qarşısını almaqdan gedir. Bu, eyni zamanda çirkli pulların qarşısının alınması üçündür".

Qeyd edək ki, fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən tərtib olunmalıdır.

Kredit razılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Banklarla əhali arasında yarış gedir - finiş borc quyusunun dibindədir

Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir. ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunmalıdır. Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.

Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 iş günü ərzində Mərkəzi Banka təqdim edilir.

Xəbər lenti
0