04:37 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Pensiyaçılar, arxiv şəkli

Pensiyaçılara kredit vermirlər, çünki onların ölmək kimi adətləri var

CC0 / anaterate / пенсионер
CƏMİYYƏT
Qısa URL
347220

Pensiyaya çıxan vətəndaşlar bankların "qara siyahısı"na düşür, çünki onlar xəstələnir, iş qabiliyyətini itirir və ölürlər

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Banklar pensiya yaşında olan insanlara kredit verməkdən imtina edirlər. Sputnik Azərbaycan-ın məlumatına əsasən, Xaçmaz rayonunda belə bir hadisə baş verib. Ticarət mərkəzlərindən birində 70 yaşlı Xaliddin İbrahimova 800 manat dəyərində məişət texnikasını almaq üçün kredit açmaqdan imtina ediblər. Dükanda olan bank nümayəndəsi şifahi şəkildə müştəriyə 65 yaşından yuxarı şəxslərə kredit verməyi qadağan edən qaydanın mövcudluğunu bildirib. İbrahimov bir neçə gün sonra soyuducunu kreditlə götürə bilib, lakin alqı-satqı onun qohumunun adına sənədləşdirilib. Lakin bu hadisə İbrahimova pis təsir edib.

Daha sonra məlum olub ki, son illərdə banklar bir çox 65 yaşından yuxarı pensiyaçılara kredit verməkdən imtina ediblər. Azərbaycanda kişilərin pensiyaya çıxma həddi 65 yaşa çatdırılıb. Yəni, karyerasını başa vurmuş insan istədikdə bankdan borc götürə bilməyəcək.

Durumu Sputnik Azərbaycan-a bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov izah edib.

Onun sözlərinə görə, qanunvericilikdə pensiyaçılara kredit verilməsinə heç bir məhdudiyyət yoxdur. Eyni zamanda qanunvericilik banklara kredit siyasətini və prioritetlərini müəyyən etməkdə məhdudiyyət qoymur.

"Banklar özləri üçün məhdudiyyətlər müəyyən edə bilərlər. Bu, yaş və digər məhdudiyyətlər ola bilər. Çünki kredit skorinqi anlayışı var. Söhbət bankların əlindəki kreditin qaytarılması statistikasından gedir. Bu statistika hansı müştərilərin krediti necə qaytardığını nümayiş etdirir", - ekspert deyib.

Statistikanın əsasında banklar müştərilərə yaşa, cinsə, peşəsinə, gəlirinə və digər göstəricilərə görə ballar verirlər. Sistem bu və ya digər müştəriyə kredit verməyin mümkün olub-olmamasını, həmçinin verilərsə, kreditin məbləğini müəyyən edir.

Maraqlıdır ki, 2000-ci illərin əvvəllərində kredit skorinqi polislərə kredit verməyə imkan vermirmiş, çünki sonuncular sonradan borcu ödəmirmişlər. Lakin banklar DİN rəhbərliyinə şikayət edən kimi vəziyyət kökündən dəyişib. Polis əməkdaşları kredit problemləri yarandığı halda işdən qovulma təhlükəsi ilə üzləşiblər. Beləliklə, polislər borclarını qaytarmağa, banklar isə onlara kredit verməyə başlayıblar.

Həsənovun sözlərinə əsasən, pensiyaçılarla bağlı məsələdə praktika göstərir ki, insanların yaşı yuxarı olduqca problemli kreditlərin həcmi də artır. Bu, əmək qabiliyyətinin itirilməsi və ölüm halları ilə bağlı baş verir.

"Təbii ki, bankların öz statistikası var. Ona görə də onlar kredit vermirlər. Onların hərəkətləri qanunidir. Odur ki, onları heç nədə günahlandırmaq olmaz. Lakin bəzi banklar yaxşı zamin olduqda pensiyaçılara güzəştə gedirlər", - ekspert bildirir.

Həsənov bir çıxış yolu da göstərib. Əgər bank yaş və ya cins səbəbilə müştəriyə kredit verməkdən imtina edərsə, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etmək olar. Çünki bu addım AR Konstitusiyasının birbaşa pozulmasıdır. Bu halda hətta məhkəməyə də müraciət etmək olar:

"Lakin rəsmi olaraq bankda imtinanın əsl səbəblərini açıqlamırlar. Formal olaraq onlar belə cavab verəcəklər: "Biz sizin ödəniş qabiliyyətinizi qiymətləndirdik və sizə kredit verməməyi qərara aldıq". Müştəri isə heç də həmişə imtinanın səbəblərini sübut edə bilməyəcək. Lakin əgər sübut olan audionu yazmaq mümkün olsa, belə demək olarsa, bankı cəzalandırmaq olar".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə vurğulayıbar ki, rəsmi olaraq pensiyaçılara kredit verilməsinə məhdudiyyətlər olmadığı üçün müştərilən yaş senzinin qaldırılması ilə bağlı təkliflər nəzərdən keçirilməyib.

Hazırda Azərbaycanda 50-yə yaxın yerli və xarici bank fəaliyyət göstərir.

Əsas mövzular