Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklarla əhali arasında yarış gedir - finiş borc quyusunun dibindədir

© Sputnik / Aleksey Suxorukov / Mediabanka keçidKredit razılaşması, arxiv şəkli
Kredit razılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Bankların istehlak kreditlərinə marağının artması daha qısa zamanda gəlir əldə etmək istəyi ilə bağlıdır”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Bu ilin 6 ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər".

Банковские карты - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bank hesablarının məsafədən açılmasına başlanılır
 Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib. Ekspertlər istehlak kreditlərinin artmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin fikrincə, son dövrlər dövlət tərəfindən həyata keçirilən tədbirlərin bir hissəsi ona yönəlib ki, banklar daha çox özəl sektor, real sektor ilə işləsinlər: “Yəni banklar sahibkarlara vəsait versinlər, daha çox qeyri-neft sektoruna investisiya yatırsınlar. Son dövrlər faizlərin aşağı salınması ilə bağlı da banklara təsir göstərilir. Banklar sahibkarlıq subyektlərinə müəyyən qədər vəsait versələr də, daha çox yüksək faizlə kredit verməkdə maraqlıdırlar. Bunun üçün ən yaxşı bazar sırf istehlak kreditləridir”.

Onun sözlərinə görə, son dövrlər istehlak kreditlərinin həcmi ümumi iqtisadiyyata qoyulan kreditlərin həcmi içərisində 40 faizi ötmək üzrədir: “Kənd təsərrüfatına, sənayeyə qoyulan kreditlər müvafiq olaraq 3-5 faiz və 12 faiz arasında dəyişir. Bu da onu göstərir ki, bankların sahibkarlıq subyektlərinə marağı azdır. Banklar daha çox vəsait əldə etmək üçün istehlak kreditləşməsinə yönəlirlər”.

Alman nəhənginin çətin günləri: "Deutsche Bank" radikal addımlar atır>>

“Burada ilk növbədə maliyyə mənbələrinə çıxışı asanlaşdırmaq lazımdır. Bunun üçün də maliyyə alətlərinin sayı çoxalmalıdır. Maliyyə alətlərinin, maliyyə mənbələrinin sayı nə qədər çox olsa, banklar rəqabətin təsiri ilə faizləri aşağı salacaq və real sektorla işləyəcək”, - deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov da deyib ki, Azərbaycanda bankların hər zaman istehlak kreditlərinə daha çox marağı olduğunu müşahidə edirik:

“2014-cü ildən sonra kommersiya banklarının məhz "neft şoku"na uyğun reaksiya verə bilməməsinin səbəblərindən biri bankların daha çox istehlak kreditləşməsi üzərində öz işini qurmağa çalışması idi. Bu da nəticədə banklarda problemli kreditlərin həcminin artmasına gətirib çıxardı”.

Ekspert bildirib ki, bankların istehlak kreditlərinə marağının artması daha qısa zamanda gəlir əldə etmək istəyi ilə bağlıdır: “Banklar çalışır ki, daha qısa zamanda gəlir əldə etsin. Bu da nəticədə istehlak kreditləşməsinə marağın artmasına gətirib çıxardır".

“Bu, eyni zamanda real sektorun kreditlərə olan tələbinin ödənilməsinə imkan vermir və real sektor praktiki olaraq tələb olunan maliyyəni digər mənbələrdən əldə etmək məcburiyyətində qalır. Ona görə də istehlak kreditlərinin həcminin artması risklidir, arzuolunan deyil. 

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər
Bu zaman xarici şoklara banklar reaksiya verə bilmir, əhalinin gəlirlərinin strukturunda dəyişiklik baş verdiyi halda problemli kreditlərin həcminin artması müşahidə olunur”, - deyə o qeyd edib.

Ekspertin fikrincə, bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank tərəfindən bu strukturun tənzimlənməsinə ehtiyac var: “Real sektora daha çox kreditlərin təklif edilməsi üçün təşviqedici tədbirlərin gücləndirilməsi vacibdir. Əks halda, istehlak kreditləşməsi bank sektoru üçün arzuolunan deyil”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov müşavirədə deyib ki, bu gün bank sektorunda əhəmiyyətli likvidlik var: “Amma biz yenə də görürük ki, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin".

Xəbər lenti
0