BAKI, 11 avqust — Sputnik. Hollandiyanın "A3 Alkmaar" futbol klubunun meydançasının damının bir hissəsi çöküb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə komanda özünün rəsmi Twitter səhifəsində məlumat yayıb. Hadisənin səbəbləri açıqlanmır, ancaq kimsənin xəsarət almadığı bildirilir.
📢 UPDATE:
— AZ (@AZAlkmaar) August 10, 2019
Geen gewonden bij instorten dak AFAS Stadion.
🔜 Meer info volgt.#AZ pic.twitter.com/mVqBtHMu5h
Növbəti ev matçını "A3 Alkmaar" avqustun 13-də keçirəcək. Hollandlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ukraynanın "Mariupol" komandası ilə qarşılaşmalıdırlar. Meydançanın həmin oyunu qəbul edib-etməyəcəyi sual altındadır.
"Qarabağ" azarkeşlərinə şad xəbər>>
"A3 Alkmaar"ın futbol meydançası 2006-cı ildə tikilib. Burada oyunlara 17 min azarkeş tamaşa edə bilər. Üç il əvvəl meydançanın damına günəş panelləri yerləşdirilib.
Meydançanın başı qalmaqallıdır. 2013-cü ildə Yunanıstanın "Atromitos" komandası ilə oyun zamanı burada yanğın baş vermişdi. Bu səbəblə oyun yarımçıq dayandırılmışdı.