Onun günahı nədir? Məhkəmə Atambayev haqqında danışdı

© AFP 2024 / VYACHESLAV OSELEDKOQırğızıstanın sabiq prezidenti Almazbek Atambayev
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev - Sputnik Azərbaycan
Abunə olmaq
Atambayevin istintaq çərçivəsində çəkilmiş fotoşəkilləri yayılıb

BAKI, 9 avqust — Sputnik. Bişkek şəhərinin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin hansı cinayətdə günahkar bilindiyini izah edib.

Sabiq prezidentin silahlı tərəfdarları xüsusi əməliyyat zamanı onun Koy-Taş kəndindəki iqamətgahını mühafizə edirlər - Sputnik Azərbaycan
Eks-prezidentin özünü "Rembo"ya oxşatmaq cəhdi

Sputnik Qırğızıstan xəbər verir ki, avqustun 9-da Baş Prokurorluq aparatının böyük prokuroru məhkəməyə vəsatət göndərərək Atambayevin saxlanılmasını istəyib.

Bildirilir ki, Atambayev Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin ("Cinayətdə iştirak") 2-ci bəndi və 319-cu maddəsinin ("Korrupsiya") 2-ci bəndinə əsasən şübhəli bilinir.

Prokurorun vəsatəti təmin edilib və məhkəmə Atambayevin istintaq təcridxanasına yerləşdirilməsi qərarını verib. Onun təcridxanada avqustun 26-na kimi saxlanılacağı bildirilib.

Media artıq Atambayevin istintaq çərçivəsində çəkilmiş fotoşəkillərini yayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от @bespredelKG телеграм (@bezpredelkg)

Sabiq prezidentin profildən və anfasdan fotoşəkilləri çəkilib.

Bundan başqa, Atambayevin vəkili Sergey Slesarev məlumat verib ki, sabiq prezident ona təqdim olunmuş istintaq sənədlərini imzalamaqdan imtina edib.

Vəkil Atambayevlə yerli vaxtla təxminən saat 01:00-da görüşdüyünü deyib. Onların söhbət etdiyi və sonra istintaq tədbirlərinin həyata keçirildiyi bildirilir.

Eks-prezidentin iqamətgahına hücum: atışma, yanğın, təslim - Video>>

"Almazbek Şarşenoviçə (Atambayev – red.) şübhəli bilindiyinə dair bildirişə, dindirilmə protokoluna, qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət üzrə qərara və qətimkan tədbirinə dair sənədə imza atmaq təklif edilib. O, bu sənədlərdən heç birinə imza atmayıb. Hər bir şəxsin belə bir hüququ var. Atambayev düzgün addım atıb. Ona qarşı edilənlər əsl qanunsuzluqdur", - Slesarev deyib.

O, həmçinin Atambayevin "yaxşı əhval-ruhiyyədə, təmkinli və sakit" olduğunu deyib.

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev uzun sürən xüsusi əməliyyatdan sonra avqustun 8-də saxlanılıb.

Xəbər lenti
0