Eks-prezidentin iqamətgahına hücum: atışma, yanğın, təslim - Video

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi təyinatlıların bir hissəsi Atambayevin tərəfdarlarına təslim olub

BAKI, 7 avqust — Sputnik. Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs xəbərlərini parlamentin deputatı İrina Karamuşkina yalan adlandırıb.

Sputnik Qırğızıstan xəbər verir ki, deputatın açıqlaması Facebook-da yayılıb. 

"Bütün dövlət telekanalları məlumat yayır ki, Atambayevi həbs edib Koy-Taşdan aparıblar. Atambayev buradadır və müdafiə olunur", - millət vəkili deyib.

Bu gün Atambayevin həbs edilməsi üçün xüsusi əməliyyat keçirilib. Xüsusi təyinatlıların əməliyyatında Atambayevin tərəfdarlarının rezin güllələrdən yaralandıqları bildirilir.

Eyni zamanda Almazbek Atambayevin evinin təxminən 20 faizinin alovlara qərq olunduğu deyilir. Öncə evin yaxınlığında avtomobil təkərlərinin yandırıldığı deyilsə də, Sputnik Qırğızıstan-ın əməkdaşının verdiyi məlumata görə, quru ot və qamışlar yanır, alov evə yaxınlaşsa da, onu kimsə söndürməyə cəhd göstərmir.

Bu arada RİA-Novosti bildirir ki, Qırğızıstanda Atambayevin evinə hücum başlandıqdan sonra bir neçə telekanalın efiri kəsilib. Bunların arasında sabiq prezidentin nəzarətində olan "Aprel" və keçmiş parlament kanalı - "Beşinci kanal" da var.

İqamətgahın yaxınlığında telefon rabitəsində də problemlər yaranıb. Mobil internet ümumiyyətlə itib.

RİA-Novosti bildirir ki, xüsusi təyinatlıların bir hissəsi Atambayevin tərəfdarlarına təslim olub.

Avqustun 5-də məzuniyyətə çıxmış Qırğızıstan Prezidenti Sooronboy Jeenbekov bir həftəlik istirahətini yarımçıq qoyaraq Bişkekə qayıdıb.

Sputnik Qırğızıstan xəbər verir ki, Atambayevin evindən döyülmüş və yaralı xüsusi təyinatlıları çıxarırlar. 

""Əl vurmayın!" bağırtılarıyla ərazidən iki xüsusi təyinatlını huşsuz halda çıxardılar. Hərbçilərin bir hissəsi bayıra çıxıb. Onlardan birini buraxıblar, o, çaya tərəf qaçıb. İnsanlar: "Atambayev!" deyə qışqırırlar", -  müxbir deyib. 

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsindən bildiriblər ki, xüsusi təyinatlılar təslim olmayıblar və əməliyyat davam edir. 

Son məlumatlara görə, iqamətgaha hücum zamanı 10 nəfər yaralanıb.

Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, güc strukturlarının bir əməkdaşı sinəsindən yaralanıb.

"Evdən döyüş silahlarından atəş açılır, xüsusi təyinatlı sinəsindən yaralanıb. Güllə zirehli jileti deşib", - paytaxtın təcili tibbi xidmət mərkəzinin direktoru İskender Şayaxmetova istinadən yayılan məlumatda bildirilir.

Xəbər lenti
0