SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Eks-prezidentin özünü "Rembo"ya oxşatmaq cəhdi

© REUTERS / VLADIMIR PIROGOVSabiq prezidentin silahlı tərəfdarları xüsusi əməliyyat zamanı onun Koy-Taş kəndindəki iqamətgahını mühafizə edirlər
Sabiq prezidentin silahlı tərəfdarları xüsusi əməliyyat zamanı onun Koy-Taş kəndindəki iqamətgahını mühafizə edirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq prezident Almazbek Atambayev bildirib ki, atəşi onun tərəfdarları yox, özü açıb

BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin saxlanılması üçün keçirilmiş xüsusi əməliyyat zamanı onun tərəfdarları qadın və uşaqlardan canlı sipər kimi istifadə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bəyan edib.

Məlumata görə, xüsusi təyinatlılar yalnız rezin güllələrdən və xüsusi vasitələrdən istifadə ediblər.

Премьер-министр КР Сооронбай Жээнбеков - Sputnik Azərbaycan
Atambayev barədə xüsusi qərar qəbul olundu

"Öz xidmət yoldaşlarının girov götürülmüş xüsusi təyinatlıları atıb getməsinə dair məlumat həqiqətə uyğun deyil. Girov götürülən əməkdaşlar xüsusi qəddarlıqla döyülüb", - Dövlət Komitəsinin bəyanatında vurğulanır. Bəyanatda Atambayevin tərəfdarlarının cavab atəşi açarkən döyüş patronlarından istifadə etdiyi bildirilir.

Sabiq prezident Almazbek Atambayev isə bu iddialara cavabında bildirib ki, atəşi onun tərəfdarları yox, özü açıb.

"Mənim tərəfdarlarımda heç sapand yox idi. Televizorda yalan deyirlər. Uşaqlar (xüsusi təyinatlılar – red.) üçüncü mərtəbəyə qalxmağa başlayanda mən atəş açdım. Çalışırdım ki, uşaqları vurmayım", - Atambayev deyib.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Orozbek Opumbayev isə sabiq prezident Almazbek Atambayevin saxlanılması cəhdi zamanı xüsusi təyinatlılara atəş icazəsi vermədiyinə görə peşman olduğunu bəyan edib.

Премьер-министр КР Сооронбай Жээнбеков - Sputnik Azərbaycan
Atambayev barədə xüsusi qərar qəbul olundu

Opumbayev bunu parlamentin növbədənkənar iclasında millət vəkillərinə hesabat verərkən deyib.

“Heç kəs gözləmirdi ki, Atambayev demək olar ki, silahsız oğlanlara (xüsusi təyinatlılara – red.) atəş açmağa başlayacaq. Düzünü desəm atəş açmağa icazə vermədiyimə görə peşmanam”, - Opumbayev deyib.

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin saxlanılması üçün həyata keçirilmiş xüsusi əməliyyatda 52 nəfər xəsarət alıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub. Bundan başqa, Daxili İşlər Nazirliyinin Çuy vilayəti üzrə idarəsinin rəisi Samat Kurmankulov travma alıb. Hazırda onun komada olduğu bildirilir.

Dünən axşam saatlarında xüsusi təyinatlılar Atambayevi saxlamaq üçün onun Koy-Taş kəndində yerləşən iqamətgahında əməliyyata başlayıblar. Əməliyyat zamanı xüsusi təyinatlılar və sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaranıb.

Бывший президент КР Алмазбек Атамбаев - Sputnik Azərbaycan
Keçmiş prezidenti xüsusi əməliyyatla həbs etdilər - Video

Məlumatlara görə, xüsusi təyinatlılar sabiq prezidentin tərəfdarlarına qarşı xüsusi vasitələrdən istifadə ediblər. Atambayevin tərəfdarları isə cavab atəşi açıblar.

Hələ ki, keçmiş prezidenti saxlamaq mümkün olmayıb. Bundan başqa bir neçə xüsusi təyinatlı əsir düşüb.

Qırğızıstanın Baş Prokurorluğu "Kütləvi iğtişaşlar" və "Xuliqanlıq" maddələri üzrə cinayət işi açıb.

Ölkə prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının bu səhər keçirilmiş iclasında hadisələrə münasibətini bildirib.

Jeenbekov deyib ki, Atambayev qanun çərçivəsində aparılan istintaq tədbirlərinə sərt silahlı müqavimət göstərməklə, Qırğızıstan Konstitusiyasını və qanunlarını kobud şəkildə pozub.

Təhlükəsizlik Şurası son hadisələrlə bağlı qərar da qəbul edib. Lakin qərarın mətni açıqlanmır.

Xəbər lenti
0