Keçmiş prezidenti xüsusi əməliyyatla həbs etdilər - Video

© Sputnik / Табылды КадырбековБывший президент КР Алмазбек Атамбаев
Бывший президент КР Алмазбек Атамбаев - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə nəfərin rezin güllələrdən yaralandığı bildirilir

BAKI, 7 avqust — Sputnik. Qırğızıstanda bu ölkənin keçmiş prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün xüsusi əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı RİA-Novosti-yə keçmiş prezidentin müşaviri Kunduz Joldubayeva verib.

"Koy-Taşda (Atambayevin iqamətgahında) xüsusi təyinatlılar var, atəş açırlar", - Joldubayeva bildirib.

Şahidlərin sözlərinə görə, xüsusi təyinatlılar Atambayevin tərəfdarlarına qarşı xüsusi vasitələrdən istifadə edirlər. Həmçinin bir neçə nəfərin rezin güllələrdən yaralandığı bildirilir.

İyunun 20-də Qırğızıstan parlamenti sabiq prezidentə qarşı irəli sürülmüş ittihamların siyahısını prokurorluq orqanlarına təqdim edib. Siyahı deputatlardan ibarət xüsusi komissiya tərəfindən yaradılıb. Atambayev paytaxt Bişkekin istilik elektrik mərkəzinin təkmilləşdirilməsi, mütəşəkkil cinayət dəstəsinin başçısı Əziz Batukayevin saxta tibbi arayışla azadlığa buraxılması və digər qanundankənar fəaliyyətdə günahlandırılır. Atambayevin bu cinayətlərdə əli olduğu aşkar olunsa, o, ömürlük həbs oluna bilər.

Sabiq prezident bu ittihamları "absurd" adlandırıb və xalq qarşısında təmiz olduğunu bildirib.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstanın prezidenti olub.

Xəbər lenti
0