Atambayev barədə xüsusi qərar qəbul olundu

© Sputnik / Mediabanka keçidПремьер-министр КР Сооронбай Жээнбеков
Премьер-министр КР Сооронбай Жээнбеков - Sputnik Azərbaycan
Abunə olmaq
Jeenbekov sabiq prezidenti Qırğızıstan Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmaqda günahlandırıb

BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin saxlanılması üçün həyata keçirilmiş xüsusi əməliyyatda 52 nəfər xəsarət alıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub. Bundan başqa, Daxili İşlər Nazirliyinin Çuy vilayəti üzrə idarəsinin rəisi Samat Kurmankulov travma alıb. Hazırda onun komada olduğu bildirilir.

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Atambayevin evindən xeyli yaralı çıxarıblar, bir xüsusi təyinatlı ölüb- video

Dünən axşam saatlarında xüsusi təyinatlılar Atambayevi saxlamaq üçün onun Koy-Taş kəndində yerləşən iqamətgahında əməliyyata başlayıblar. Əməliyyat zamanı xüsusi təyinatlılar və sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaranıb.

Məlumatlara görə, xüsusi təyinatlılar sabiq prezidentin tərəfdarlarına qarşı xüsusi vasitələrdən istifadə ediblər. Atambayevin tərəfdarları isə cavab atəşi açıblar.

Hələ ki, keçmiş prezidenti saxlamaq mümkün olmayıb. Bundan başqa bir neçə xüsusi təyinatlı əsir düşüb.

Qırğızıstanın Baş Prokurorluğu "Kütləvi iğtişaşlar" və "Xuliqanlıq" maddələri üzrə cinayət işi açıb.

Sputnik Qırğızıstan xəbər verir ki, ölkə prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının bu səhər keçirilmiş iclasında hadisələrə münasibətini bildirib.

Jeenbekov bildirib ki, Atambayev qanun çərçivəsində aparılan istintaq tədbirlərinə sərt silahlı müqavimət göstərməklə, Qırğızıstan Konstitusiyasını və qanunlarını kobud şəkildə pozub. Təhlükəsizlik Şurası son hadisələrlə bağlı qərar da qəbul edib. Lakin qərarın mətni açıqlanmır.

Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Eks-prezidentin iqamətgahına hücum: atışma, yanğın, təslim - Video

Atambayevə qarşı ittihamlar

İyunun 20-də Qırğızıstan parlamenti sabiq prezidentə qarşı irəli sürülmüş ittihamların siyahısını prokurorluq orqanlarına təqdim edib. Siyahı deputatlardan ibarət xüsusi komissiya tərəfindən yaradılıb.

Atambayev paytaxt Bişkekin istilik elektrik mərkəzinin təkmilləşdirilməsi zamanı korrupsiya, mütəşəkkil cinayət dəstəsinin başçısı Əziz Batukayevin saxta tibbi arayışla azadlığa buraxılması və digər qanundankənar fəaliyyətdə günahlandırılır. Atambayevin bu cinayətlərdə əlinin olduğu aşkar olunarsa, o, ömürlük həbs oluna bilər.

Sabiq prezident bu ittihamları "absurd" adlandırıb və xalq qarşısında təmiz olduğunu bildirib.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstanın prezidenti olub.

Xəbər lenti
0