CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qəbələ"nin futbolçusu təcili yardımla xəstəxanaya aparıldı

© Sputnik / Murad OrujovОснащение кареты скорой помощи, фото из архива
Оснащение кареты скорой помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda keçirilən Avroliqa oyununda "Qəbələ"nin iki oyunçusu toqquşub

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Gürcüstanın "Dinamo" klubu ilə qarşılaşan "Qəbələ" itki ilə üzləşib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, oyunun 37-ci dəqiqəsində “qırmızı-qaralar”ın iki futbolçusu toqquşub.

Neftçi - Arsenal (Tula) oyunundan fraqment - Sputnik Azərbaycan
İDMAN
"Neftçi" "Arsenal"ı darmadağın edib mərhələ adladı

Rasim Ramaldanovla İvitsa Juniçin başları bir-birinə dəyib. Nəticədə xorvatiyalı legioner meydanı xərəkdə tərk edib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

İ.Juniçi Sadiq Quliyev əvəzləyib.

Matçın ilk yarısında zədələndiyi üçün əvəzlənən xorvatiyalı müdafiəçinin vəziyyətini komandanın baş məşqçisi Zaur Həşimov açıqlayıb.

Matçdan sonrakı mətbuat konfransında futbolçu barədə sualı cavablandıran mütəxəssis İ.Juniçdə sınıq aşkarlandığını vurğulayıb: “Həkimimizin qeyd etdiyinə görə, çox güman, almacıq sümüyündə sınıq var. Onun müalicəsindəki növbəti mərhələnin necə olacağı - əməliyyatın burada ediləcəyi, yoxsa zədəli oyunçunun Azərbaycana aparılacağını hələ biz də bilmirik”.

Xəbər lenti
0