BAKI, 1 avqust — Sputnik. Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Sputnik Azərbaycan bildirir ki, Bakının “Neftçi” klubu "Bakcell Arena"da Rusiyanın "Arsenal" klubu ilə cavab oyunu keçirib.
"Ağ-qaralar" Tuladakı matçda qazandığı qələbə ilə (1:0) böyük üstünlük əldə edib. Doğma divarlar arasındakı oyunda Bakı klubu Rusiya komandasını 3:0 hesabı ilə darmadağın edib.
Qolları Rauf Əliyev (49`), Dario Federiko (89` - pen.) və Mamadu Mbodj (90`+3) vurublar.
"Neftçi" 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.