İran hökuməti valyutasını dəyişir

© AFP 2024 / ALI AL-SAADIİran rialı, arxiv şəkli
İran rialı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rialın özünün də, adının da dəyişəcəyi bildirilir

BAKI, 31 iyul — Sputnik. İran hökuməti milli valyutası rialdan dörd sıfırın götürülməsinə dair planı təsdiqləyib.

Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu addım milli valyutanın yenidən qüvvətləndirilməsi üçün atılır.

Denominasiya planı ölkənin Nazirlər Kabinetinin çərşənbə günü keçirilmiş iclasında təsdiqlənib və bundan sonra o, parlament tərəfindən də təsdiqlənməlidir.

ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Trampdan gözlənilməz etiraf: "İranlılar heç vaxt məğlub olmayıblar"

Məsələ ilə bağlı təfərrüatları İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati açıqlayacaq.

Qeyd edək ki, hazırda 120 min İran rialı 1 ABŞ dollarına bərabərdir.

Bundan başqa, rialın adının "tümən"ə dəyişəcəyi bildirilir. Banknotların və qəpiklərin nominal dəyərinin və görünüşünün də dəyişilməsi nəzərdə tutulub.

"Yeni milli valyuta olan tümən riala əvəz kimi nəzərdə tutulur. Bir tümən 10 min riala bərabər olacaq", - "dolat.ir" hökumət saytı bildirib.

Xəbər lenti
0