Türkiyə amerikalıların dost hərbi birləşmələrini məhv etmək qərarı verə bilər

© AP Photo / Emre TazegulTürk əsgəri, arxiv şəkli
Türk əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə bu yolla göstərir ki, o, özü-özlüyündə güclü regional dövlətdir və amerikalılar onunla hesablaşmalıdır"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalılara dəqiq başa salıb ki, Suriyada təhlükəsizlik zonasını müzakirə etməzdən qabaq oradan terror dəstələrinin tamamilə çıxarılması zəruridir.

Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
Türk general: "S-400"lər bəhanədir, ABŞ Türkiyəni qonşusuna qurban vermək istəyir

Bunu Sputnik Azərbaycan-a təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə bəyan edib ki, ABŞ-ın Suriya ilə bağlı yeni təşəbbüsləri onun ölkəsinin maraqlarına cavab vermir.

Mixaylovun sözlərinə görə, Türkiyə xarici siyasət idarəsinin rəhbərinin bəyanatının tonu hər şeydən əvvəl onu göstərir ki, Ankara sərt mövqe nümayiş etdirməklə öz milli maraqlarına hörmət edilməsini istəyir.

"Türkiyə bu yolla göstərir ki, o, özü-özlüyündə güclü regional dövlətdir və amerikalılar onunla hesablaşmalıdır. Özü də nəzərə almalıdır ki, türk ordusu NATO-nun ikinci ən güclü ordusudur", - deyə ekspert bildirib.

"Bu qəbildən olan bəyanatlar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Amerika tərəfi, o cümlədən də ABŞ Prezidenti Donald Trampla qarşıdurmasının davam etməsi deməkdir", - Sputnik Azərbaycan-ın həmsöhbəti əlavə edib.

Donald Tramp - Sputnik Azərbaycan
Ağ Evdə Türkiyə davası – Bunu Trampdan heç kim gözləmirdi

"Çavuşoğlu amerikalılara aydın şəkildə izah edib ki, Suriyada təhlükəsizlik zonalarını və nəzarət zonalarının hüdudlarını müzakirə etməzdən əvvəl PYD və YPG terrorçu qruplaşmalarının (Azərbaycan və Türkiyədə terror təşkilatı kimi qəbul olunan PKK-nın Suriya qanadları) üzvlərini tam olaraq o ərazilərdən çıxarmaq lazımdır", - Mixaylov vurğulayıb.

Ekspertin fikrincə, aydın məsələdir ki, Ankaranın bu mövqeyi Amerika tərəfini qane etmir. Birləşmiş Ştatlar bu terror təşkilatlarını dəstəkləməkdə davam edir.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, hazırda həm Ankara, həm də Vaşinqton üçün ideal variant o ola bilərdi ki, bir-birinin qarşılıqlı maraqlarını nəzərə alsınlar. Əks təqdirdə, elə vəziyyət yarana bilər ki, Türkiyə amerikalıların dost hərbi birləşmələrini məhv etmək qərarına gələr.

Xəbər lenti
0