İran Britaniya hərbi gəmisinə xəbərdarlıq edilməsi anının videosunu yayıb

© AP Photo"Steno Impero" tankeri
Steno Impero tankeri - Sputnik Azərbaycan
Abunə olmaq
İslam İnqilabı Keşikçiləri Korpusu "Stena Impero" tankerini iyulun 19-da saxlayıb

BAKI, 29 iyul — Sputnik. İranın yarımrəsmi Təsnim agentliyi Böyük Britaniya bayrağı altında üzən "Steno Impero" tankerinin saxlanılması zamanı İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Britaniyaya məxsus hərbi gəmiyə xəbərdarlıq edilməsini göstərən videogörüntüləri yayımlayıb.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu "Stena Impero" tankerini iyulun 19-da saxlayıb. Tehran göyərtəsində 23 ekipaj üzvü olan gəminin beynəlxalq dəniz hüququnun bir neçə bəndini pozduğunu, xəbərdarlıqlara məhəl qoymadığını, izləmə cihazını söndürdüyünü və İrana məxsus balıqçı qayığı ilə toqquşduğunu iddia edib.

​"Həyatınızı təhlükə altına atmayın. Neft tankeri bizim nəzarətimiz altındadır. Sizə əməliyyatımıza müdaxilə etməmək əmri verilir", - İslam İnqilabı Keşikçiləri Korpusu Britaniya hərbi gəmisinin ekipajına deyib.

Britaniya aksentli bir nəfər isə cavab olaraq gəminin Böyük Britaniyaya məxsus "F236" hərbi gəmisi olduğunu və onun tranzit keçidi həyata keçirən ticarət gəmisi ilə birlikdə beynəlxalq səviyyədə tanınmış boğazın yaxınlığında olduğunu bildirir.

Videogörüntülərdə İslam İnqilabı Keşikçiləri Korpusunun "Stena Impero"nu saxlaması göstərilir.

Qeyd edək ki, bu insidentdən bir müddət öncə Böyük Britaniyanın dəniz piyadaları İranın "Grace 1" adlı neft tankerini Cəbəlüttariq boğazında saxlayıblar. London gəmini Dəməşqə qarşı tətbiq olunmuş Avropa İttifaqı (Aİ) sanksiyalarını pozaraq Suriyaya neft aparmaqda günahlandırıb. Tehran isə neftin Suriya üçün nəzərdə tutulmadığını bildirib.

Xəbər lenti
0