Rusiyanın ağuşunda zirvəyə doğru – Makron dünya lideri olmağa çalışır

© REUTERS / YVES HERMANПрезидент Франции Эммануэль Макрон
Президент Франции Эммануэль Макрон - Sputnik Azərbaycan
Abunə olmaq
"Fransa lideri özünün siyasi və geosiyasi çəkisini artırmaq üçün ağıllı vasitə seçib. O, artıq öz zəhmətinin bəhrəsini də görür"

BAKI, 30 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinlə ölkənin cənub-şərqində yerləşən Breqanson qalasında görüşəcək. Kreml də bu görüşə hazırlığın getdiyini təsdiqləyib.

Канцлер ФРГ Ангела Меркель - Sputnik Azərbaycan
"Nə sülh, nə də proqres görürəm" - Merkel

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, RİA Novosti-nin müəllifi İrina Alksnis hesab edir ki, Makron Rusiyanın hesabına dünya lideri olmağa çalışır.

Müəllif xatırladır ki, bir müddət öncə Ağ Ev və Yelisey Sarayı arasında narazılıq yaranıb. ABŞ Prezidenti Donald Tramp bu narazılığın səbəbini "Makronun axmaqlığı"nda görüb. Əslində isə narazılığın səbəbi Parisin "Facebook", "Apple", "Amazon" və "Google" şirkətlərinin ölkədə böyük gəlir əldə etməsinə görə onlara yüksək vergi tətbiq olunması qərarı olub. Adıçəkilən şirkətlər Fransada əldə etdiyi illik gəlirin 3 faizi həcmində vergi ödəməli olacaqlar. Tramp "Amerikanın gözəl texnologiya şirkətləri"nin tərəfini tutaraq, cavab tədbirləri görüləcəyini bildirib. O, həmçinin deyib ki, bu cavab tədbirləri ABŞ-a ixrac olunan fransız çaxırını da vura bilər.

Lakin Alksnisin fikrincə, Trampın bu təhdidləri çətin ki nəyisə dəyişsin. O hesab edir ki, son zamanlar amerikalılar onlara xoş olmayan addımlara görə tərəfdaşlarına əsil təzyiq göstərə bilmirlər: "Onlar "Rusal"a qarşı sanksiyalar tətbiq etdilər, lakin bir neçə aydan sonra sanksiyaları geri çəkdilər. Guya "Huawei"ə qarşı amansız təzyiq göstərirlər, lakin Tramp paralel olaraq Amerika şirkətlərinə vəd edir ki, Çin korporasiyası ilə ticarət aparmaları üçün onlara xüsusi lisenziyaların verilməsi məsələsinə operativ şəkildə baxacaq. Türkiyəni də Rusiyadan "S-400"ü aldığına görə uzun müddət dəhşətli cəza ilə qorxudublar".

Alksnisin fikrincə, Vaşinqtonun xarici siyasətdə artan gücsüzlüyü Fransa və onun liderinin son addımlarında öz rolunu oynayıb.

Президент Турции Тайип Эрдоган приветствует своих сторонников во время церемонии в Стамбуле, Турция - Sputnik Azərbaycan
Ərdoğandan Makrona sərt ismarıc: "Fransa, sən danışa bilməzsən!"

O, hesab edir ki, hazırda status-kvonu öz xeyrinə dəyişmək istəyən ölkələr üçün yaxşı şans yaranıb. Ekspert bu ölkələrə misal kimi Rusiyanı, Çini, Türkiyəni və hətta Almaniyanı göstərir. Məhz bu baxımdan müəllifin fikrincə, fransızlar da əlverişli vəziyyətdən istifadə edərək öz addımlarını atacaqlar.

Alksnis hesab edir ki, yaranmış hazırkı əlverişli vəziyyət Fransa liderinə özünü dünya səviyyəli dövlət xadimi kimi göstərmək imkanı yaranıb: "Təəccüblü deyil ki, o gücünün böyük bir hissəsini Rusiyaya və şəxsən Vladimir Putinə istiqamətləndirib. Moskva ildırım sürəti ilə – bir neçə il ərzində – böyük dövlətçilik statusunu qaytararaq və dünya arenasında təsirini kəskin şəkildə gücləndirərək özünə elə bir şan qazanıb ki, eyni ambisiyaya malik olan ölkələr bu reputasiyaya çətinliklə müqavimət göstərə bilir."

Onun fikrincə, bu səbəbdən də Emmanuel Makron Rusiya və onun rəhbərliyi ilə xüsusi münasibətlər qurur: "O, keçən il Peterburq Beynəlxalq İqtisadi Forumuna gəlib və şəxsən Rusiyanın AŞPA-ya qayıdışı məsələsini aktiv şəkildə irəli çəkib. Bu il Makron Putinlə "G20" sammitində görüşüb və orada Rusiya liderinin ona "sən" deyərək müraciət etdiyi bildirilib. Çox az sayda xarici dövlət xadimi bu cür qeyri-rəsmiliklə öyünə bilər".

Müəllif xatırladır ki, xarici ölkə rəhbərləri sırasında Makron Moskvanın dəvətini (daha dəqiq desək, Putinin şəxsi dəvətini) birinci olaraq qəbul edərək, Qələbə Günü ilə bağlı gələn il keçiriləcək bayram tədbirlərində iştirak etməyə razılıq verib.

Birinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb - Sputnik Azərbaycan
Mehriban Əliyeva Fransa prezidentinin müdiri olmuş şəxslə görüşüb

İndi isə Rusiya prezidentinin Fransaya səfəri gözlənilir. Alksnisin fikrincə, burada vacib məqam odur ki, görüş Fransanın ev sahibliyi edəcəyi "G7" sammitindən bir neçə gün əvvəl baş tutacaq.

Müəllifinin fikrincə, Makron şübhəsiz ki Moskva və "G7" arasında vasitəçi kimi çıxış edəcək.

"Fransa lideri özünün siyasi və geosiyasi çəkisini artırmaq üçün ağıllı vasitə seçib. O, artıq öz zəhmətinin bəhrəsini də görür", - ekspert bildirib.

Onun fikrincə, Makron artıq dünya arenasında gözə çarpan bir simaya çevrilir.

"Düzdür, "gözə çarpan" hələ onun "nüfuzlu" olduğu demək deyil. Lakin o, çalışır", - müəllif qeyd edir.

Xəbər lenti
0