Ərdoğandan Makrona sərt ismarıc: "Fransa, sən danışa bilməzsən!"

© REUTERS / Murad SezerПрезидент Турции Тайип Эрдоган приветствует своих сторонников во время церемонии в Стамбуле, Турция
Президент Турции Тайип Эрдоган приветствует своих сторонников во время церемонии в Стамбуле, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti fransalı həmkarına öz yerini göstərdi

BAKI, 25 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Kiprlə bağlı mövqeyini sərt şəkildə tənqid edib.

Sputnik Azərbaycan "Habertürk"-ə istinadən xəbər verir ki, Ərdoğan Kiprlə bağlı üç zəmanət verən ölkə olduğunu qeyd edib: "Türkiyə danışa bilər, çünki o zəmanət verən ölkədir. Yunanıstan və İngiltərə də zəmanət verən ölkələrdir. Ancaq Fransa sən danışa bilməzsən. Sənin belə bir səlahiyyətin yoxdur".

ASAN Beynəlxalq Assosasiyasının yaradılması haqqında niyyət protokolunun imzalanması - Sputnik Azərbaycan
Azərbaycan və Türkiyə bu sahələrdə də əməkdaşlıq edəcəklər

Xatırladaq ki, Kipr adasının şelf zonasında və xüsusi iqtisadi zonasında qaz yataqları aşkarlanıb. Türkiyə isə öz növbəsində regionun təbii sərvətlərində onun da haqqının olduğunu bəyan edir. Hazırda bu ərazidə Türkiyəyə məxsus "Fatih" qazma qurğusu var. Bundan əlavə "Yavuz" gəmisi də regiona cəlb olunub. Yunanıstan və Kipr rəhbərliyi isə Xüsusi iqtisadi zonada Türkiyə gəmiləri tərəfindən geoloji kəşfiyyat işlərinin aparmasını təxribat kimi dəyərləndirib.

Artıq məsələyə Avropa Komissiyası da reaksiya verməli olub. Belə ki, Türkiyənin regionda addımlarının qəbuledilməz olduğunu bəyan edən Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Türkiyəyə qarşı tədbirlərin görüləcəyini bəyan edib: " Biz bu məsələdə Kiprlə tamamilə həmrəyik. Türkiyənin Kiprin ərazi sularında etdikləri tamamilə qəbuledilməzdir. Avropa Komissiyasına məsələ ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu təkliflər tez bir zamanda qəbul olunmalıdır. Biz elə də edəcəyik. Bu yumşaq qərarlar olmayacaq".

Xəbər lenti
0