CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümidini yaya bağlayanlara ekspertdən xəbərdarlıq: qiymətlər bahalaşa bilər

© Sputnik / Anar MustafayevЖилые дома в Хатаинском районе Баку, фото из архива
Жилые дома в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra bina tikintisi asan olmayacağı üçün sahibkarlar qiymətləri ucuzlaşdırmaq niyyətində deyillər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Adətən yay aylarında mənzil və torpaq bazarında ucuzlaşma müşahidə edilir. Hətta el arasında da kimsə mənzil və ya torpaq almaq istəyəndə yaya saxlayır ki, qiymətlər düşəcək. Bu il isə gözləntilər öz təsdiqini tapmayıb. Mənzil və ya torpaq bazarında ucuzlaşma deyil, əksinə, qiymətlərdə artım müşahidə edilib.

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər

Ekspertlər bunu son zamanlar tikinti qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər il yay aylarında əmlak bazarında qiymətlərdə ucuzlaşma müşahidə edilsə də, bu il bu, nəzərə çarpmayıb.

"Hələ ki, ucuzlaşma qeydə alınmayıb. Stabillik hökm sürür. Qiymətlərdə artım və ya ucuzlaşma müşahidə edilmir", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, alqı-satqı əməliyyatlarının dinamikasında zəifləmə müşahidə edilir: "Nəğd alışlarda xeyli azalma var. Eyni zamanda ipoteka ilə alqı-satqıya cəlb olunan əmlakların sayı da xeyli aşağı düşüb. Buna baxmayaraq, qiymətlər ucuzlaşmır".

Ekspert hesab edir ki, bu daha çox ilkin bazarın təsiri ilə bağlıdır.

Təhlillərə görə, ilkin mənzil bazarında qiymətlər ucuz olmasa da, tətbiq olunan yeni qaydalara görə, artıq ilkin mənzil bazarında qiymət artımına təsir göstərən amillərin sayı artıb:

"Məsələn, əvvəllər 15-20 sot torpaqda çoxmənzilli bina tikmək mümkün idisə, indi artıq torpaq sahəsinin həcmi binanın yerləşdiyi sahədən 3 dəfə artıq olmalıdır. Bu da torpağın alınması zamanı binanın xərclərinin artmasına gətirib çıxarır. 

Eyni zamanda qəbul edilmiş digər inzibati qərarlar da yeni tikililərdə tikinti xərclərinin artmasına gətirib çıxarıb. Nəticə etibarilə yeni tikiləcək binalarda mənzillərin qiymətinin artımı təkrar bazara da təsir göstərəcək".

Здание начали строить в 2008 году - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının köhnə binalarının hər yay yenilənən dərdinə 20 manatlıq çarə

Torpaq bazarında qiymətlərə gəldikdə isə ekspert bildirib ki, torpaq bazarında qiymət artımı qeydə alınırdı: "Ancaq artıq torpaq bazarında da stabilləşmə müşahidə olunur. Mövsümlə əlaqədar tikinti tempi artdığına görə xüsusilə fərdi yaşayış evlərinin tikintisi üçün əlverişli olan ərazilərdə qiymətlərin təqribən 10 faizə qədər artımı qeydə alındı. Amma indi qiymətlər stabilləşib. Hal-hazırda torpaq bazarının coğrafiyası daha çox regionlara, turistik ərazilərə doğru genişlənir. Məsələn, turizm üçün əlverişli olan ərazilərdə artıq torpaq alqı-satqısı dinamikası artıb. Bu səbəbdən də alıcılar artıq bu istiqamətdə maraq göstərirlər".

R.Osmanlı hesab edir ki, torpaq bazarındakı qiymət artımının aktivləşməsi sentyabr ayından sonrakı dövrü əhatə edəcək.

Əmlak eksperti Elnur Fərzəliyev isə bildirir ki, mənzil bazarında nisbi qiymət artımları var idi. Təqirbən may-iyun ayında 2-2,4 faiz qiymət artımı qeydə alınmışdı. Ancaq hazırda stabilləşmə müşahidə olunur: "Ucuzlaşma müşahidə edilmir. Bir sükut var bu sahədə. Alqı-satqı prosesləri dayanıb. Durğunluq olmasına baxmayaraq, ucuzlaşma yoxdur. Görünən odur ki, heç olmayacaq da".

Ekspert bunu bir neçə amillə əlaqələndirib. O, hesab edir ki, bundan sonra bina tikintisi asan olmayacağı üçün sahibkarlar qiymətləri ucuzlaşdırmaq niyyətində deyillər.

Astara rayonun Kijəbə qəsəbəsində torpaq sürüşməsinin fəsadları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident qərar verdi – Evi dağılanlara bina tikiləcək

"Yəni artıq sahibkar düşünür ki, kimə mənzil lazımdırsa, hansı qiymətə olsa da alacaq. Bu səbəbdən də ucuzlaşma barədə heç kim düşünmür. Bununla yanaşı, alıcılar son zamanlar köhnə mənzillərə üstünlük verirlər. Çünki yeni binalarda olan mənzillərin qiyməti qaneedici deyil", - deyə ekspert əlavə edib.

Görünən odur ki, bu il yay ayında qiymətlərdə ucuzlaşma olmayacq. Ancaq sentyabrdan qiymətlərin artacağı da istisna edilmir. Yəni mənzil və torpaq bazarında bahalaşma müşahidə edilə bilər...

Xəbər lenti
0