CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər

© Sputnik / Anar MustafayevYaşayış binasının tikintisi, arxiv şəkli
Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlar ərazidə bina inşa edərkən 40, müstəsna hallarda 30 faiz yaşıllıq salmalı olacaqlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Azərbaycanda tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalıdırlar.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov verib. O, bildirib ki, bu qayda paytaxtda yaşayış binası inşa edən bütün tikinti şirkətlərinə şamil ediləcək. Məmmədovun sözlərinə görə, indiyədək tikinti şirkətlərinin çoxu yaşayış binası inşa edərkən ərazini yaşıllaşdırmağa maraq göstərməyiblər. Amma bundan sonra tikinti şirkətlərinin hər biri bu tələbə əməl etməli, yəni bina inşa edərkən ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalı olacaqlar".

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
İcraçı direktor yeni binalardakı qeydiyyat problemindən danışdı

Şöbə rəisi bildirib ki, bu tələbə əməl etməyən tikinti şirkətlərinə qanunun icrası məcburi olacaq: "Əgər hansısa tikinti şirkəti buna əməl etməyəcəksə, məcburi qaydada yaşıllığın salınması təmin ediləcək".

O.Məmmədov bildirib ki, bu məsələ "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda öz əksini tapıb. Belə ki, bu normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir:

"Bu normalara görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq ərazinin minimum 40 faizini təşkil etməlidir. Tutaq ki, tikinti şirkəti bina inşa etmək üçün 10 sot torpaq sahəsi alıb. Onun 50 faizində bina inşa edir. 20 faiz də binanın girişi üçün saxlanılır. Yerdə qalan 30 faizdə yaşıllıq salmalıdır. Bu, "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi" normalarında 40 faizdir. Amma müstəsna hal kimi 30 faiz də götürülə bilər. Yeni qayda beş il və daha əvvəl inşa olunmuş binalara aid deyil".

Многоэтажный жилой дом в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
"May-iyun aylarında xeyli sayda yaşayış binası istismara qəbul ediləcək"

Şöbə rəisi onu da qeyd edib ki, yeni normalara görə, əhalinin məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əməkdar memar Feyzulla Quliyev isə tikinti qaydalarına yaşıllıqların salınması ilə bağlı bəndin daxil edilməsinin çox mühüm addım olduğunu söyləyir. Sputnik Azərbaycan-a bu barədə danışan əməkdar memar bildirib ki, indiyədək tikinti şirkətlərinin mütləq əksəriyyəti bina inşa etdikləri ərazində yaşıllıq sahəsinin salınmasını həyata keçirməyiblər: "Hələ sovet dövründə belə bir tələb vardı ki, yaşayış binalarının ətrafı 20 faiz yaşıllaşdırılmalıdır. O vaxt Bakıda sıxlıq belə deyildi. Amma indi paytaxtda binalar sıx inşa olunur. Əhalinin sayı paytaxtda günü-gündən artır. Amma yeni inşa edilən göydələnlərin həyətində demək olar ki, yaşıllıqlar salınmır. Yeni normalar tikinti şirkətlərini məcbur edəcək ki, aldıqları torpaq sahəsinin bir hissəsini yaşıllığın salınması üçün saxlasınlar. Binanın həyətini yaşıllaşdırsınlar. Bu, çox vacib məsələdir. Tikinti şirkətləri bina inşa edərkən orada yaşayan insanların sağlamlığı məsələsini də düşünməlidirlər".

Xəbər lenti
0