CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident qərar verdi – Evi dağılanlara bina tikiləcək

© Sputnik / Rahim MuradovAstara rayonun Kijəbə qəsəbəsində torpaq sürüşməsinin fəsadları
Astara rayonun Kijəbə qəsəbəsində torpaq sürüşməsinin fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Torpaq sürüşməsi nəticəsində ziyan çəkən sakinlərə 36 mənzilli bina tikiləcək

BAKI, 3 iyun — Sputnik. Prezident İlham Əliyev iyunun 3-də “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

 

Xəbər lenti
0