CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatını idman və polisə həsr etmiş qadın: “Bu mənim həyat amalımdır”

© Sputnik / Irade JELILƏdilə Qurbanova
Ədilə Qurbanova - Sputnik Azərbaycan
Abunə olmaq
O, kişi işi ilə məşğul olur – ağırlıq qaldırır və polis kimi keşiyimizdə durur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. O, qadın üçün xas olmayan idman növü ilə məşğuldur. Bu yaxınlarda – mayın 10-12-də Rusiyanın Sankt-Peterburq şəhərində Pauerliftinq üzrə Avropa çempionatında iştirak edib. Ştanqı qurşağadək dartma (deadlift) hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medalını qazanıb. Səkkiz dəfə respublika çempionu olan idmançı 2 dəfə dünya kubokunun sahibi olub və beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisi olub.

Sputnik Azərbaycan-ın budəfəki müsahibi Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridetmə Mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır.

- Ədilə xanım, nə vaxtdan peşəkar idmanla məşğul olursunuz?

- 2004-cü ildən karate ilə peşəkar şəkildə məşğul olmağa başlamışam. Düz 2017-ci ilə qədər ancaq karate olub həyatımda. 2017-ci ildən isə ağır atletikanın paurliftinq növü ilə məşğul olmağa başladım. Paurliftinq üçnövçülük deməkdir. Mən qurşağadək dartma – dedliftlə məşğul oluram.

- Yaddaşınızda xüsusi yeri olan yarış hansı olub?

© Sputnik / Irade JELILƏdilə Qurbanova
Həyatını idman və polisə həsr etmiş qadın: “Bu mənim həyat amalımdır” - Sputnik Azərbaycan
Ədilə Qurbanova

- Sonuncu yarış yaddaşımda iz buraxıb. May ayında keçirilən Avropa Çempionatında iştirak etdim. Bu yarışın böyük məsuliyyəti vardı. Respublika yarışlarında öz vətənimizdən olan qadınlarla mübarizə aparırıq. Avropa yarışlarında isə rəqiblərim avropalı xanımlar olur. Həmin yarışda 152,5 ağırlıq qaldırdım. Özümdə o ağırlığı qaldırmaq üçün gücü toplaya bildim.

- Daxili işlər orqanlarında nə vaxtdan çalışırsınız?

- 6 ildir daxili işlər orqanlarında çalışıram. 2013-cü ildə respublikamızın Daxili İşlər naziri olan, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova müraciət etdim. Arzum idi. Ən böyük niyyətim idi ki, polis orqanlarının əməkdaşı kimi Vətənə xidmət edim. Bilirsiz niyə? Çünki polis vətəndaşın sağlamlığının və əmlakının keşiyində durur. Dünyada polisə “səngərsiz əsgər” deyirlər. Polisin bu missiyası məni onun sıralarında olmağa təşviq etdi.

2017-ci ildə xidmətdə irəli çəkilərək Sabunçu rayon kadrlar qrupunun inspektoru vəzifəsində çalışmışam. Hazırda Bakı şəhər BPİ-nin tabeçiliyində olan Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridetmə Mərkəzinin tərbiyəçisi vəzifəsində xidmət edirəm.

Zemfira Meftahətdinova - Sputnik Azərbaycan
İDMAN
Zemfira Meftahətdinova: “Qadınlar daha güclü snayper olur”

- İdman şəxsi həyata mane olmur ki? Kişilər güclü qadınlardan çəkinir axı...

- Bu məsələdə, xüsusilə ictimai münasibətlərdə qadın-kişi tandemi, yaxud birliyi cəmiyyətin mental qaydaları ilə müəyyən olunur. Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi layiqli və möhkəmdir. Qadın olmaq cəmiyyətdə əlavə məsuliyyət yaradır. Bu məsuliyyəti anlayan, dərk edən hər bir insan ictimai münasibətlərin qorunmasında faydalı olur. Çünki ölkəmizdə özünəməxsus milli dəyərlərdən, adət-ənənələrdən irəli gələrək qadına dərin hörmət və ehtiramla yanaşılır.

Qadınları kişilərlə bərabər cəmiyyətin bütün sahələrində görmək olar. Deyim ki, idmançı qadın üçün güc-əzələ nümayişi tatami üzərində olur. Cəmiyyətdə bu gücü nümayiş etdirmək üçün səbəblər olmadığı üçün bu sual mənim üçün mübahisəlidir. Hərbçi, polis, sahibkar, idmançı xanımların cəmiyyətdə aşkar görünməsi və fəallığı ilk növbədə ölkədə həyata keçirilən uğurlu gender siyasətindən xəbər verir.

Azərbaycanda qadın hərəkatından və ümumilikdə qadınların cəmiyyət həyatındakı fəallığı Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə diqqət çəkir. Bizim üçün bu nümunə o qədər səciyyəvidir ki, humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətləri özündə cəmləyir.

- Ədilə xanım, bildiyimə görə yeni işinizə may ayında təyinat almısınız. Mərkəzdə əsas işiniz nədən ibarətdir?

- Cəmiyyətdə uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. İşimiz yetkinlik yaşına çatmayanlarla inzibati, cinayət tərkibi yaradan əməllər törədən uşaqlarla məhkəmə qərarına qədər tərbiyəvi profilaktik söhbətlərin aparılması, onların qayğı və problemlərinin öyrənilməklə adekvat tədbirlərin təmin olunmasıdır.

Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Polis Bakıda "qızı döyən ərəblə" bağlı məsələni araşdırıb

Onlarla psixoloji söhbətlər aparırıq. Çalışırıq ki, onları ictimai təhlükəli əməli törətməyə hansı amillərin vadar etdiyini öyrənə bilək. Bu istiqamətdə yetkinlik yaşına çatmayanların əməlləri ilə bağlı ciddi, obyektiv və operativ araşdırmalar aparılır. 12-18 yaşlı uşaqlar üçün nəzərdə tutulan mərkəzə daxil olan hər bir azyaşlıya fərdi münasibət var.

- Qarşıda nə kimi planlarınız var?

- Azərbaycanın üçrəngli bayrağını ucaltmaq, himnini səsləndirmək üçün dekabr ayında Moskvada Paurliftinq üzrə keçiriləcək dünya çempionatına hazırlaşıram. İdmanda proqnoz vermək - necə deyərlər, uduşsuz işdir, çünki onların çoxu daha sonra həyata keçmir. Uğurun asılı olduğu yeganə şərt zəhmətdir.

Hər birimiz istənilən bir işə uğur qazanmaq məqsədilə başlayırıq ki, planlarımız, arzularımız gerçək olsun...

- Qarşınızda dayanan xidməti vəzifələr...

- Təsəvvür edin ki, idmançı olmaqla yanaşı, yarışlarda polis orqanlarının əməkdaşı kimi təmsil olunuram. Bu məsuliyyəti anlayıram ki, daşıdığım mundirə, polis adına, polis andına layiq olum, üzərimə düşən vəzifələrin öhdəsindən gəlim, göstərilən etimadı doğrulda bilim.

© Sputnik / Irade JELILƏdilə Qurbanova
Həyatını idman və polisə həsr etmiş qadın: “Bu mənim həyat amalımdır” - Sputnik Azərbaycan
Ədilə Qurbanova

- Heç bu peşəni seçdiyinizə hərdən peşman olursunuzmu?

- Bu suala yalnız bir cavabım var: Bu gün əsas nailiyyətimizdən sayılan ictimai-siyasi sabitliyin davamlı prosesə çevrilməsində polisin xidmətləri varsa, mən də polis əməkdaşıyımsa, özümü qürurlu hesab edirəm. Qürur duyduğum peşədən əsla peşimançılıq hissi keçirmədim. Polis peşəkarlığı, səriştəliliyi, insanlarla rəftar mədəniyyəti, intellektual səviyyəsindən çıxış edərək deyirəm ki, bu peşənin, bu sənətin əsas məqsədi insanların, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

İş prosesində gördüklərim, rəhbər tələblər, insanlara olan qayğı ilə bağlı görülən işlərin içərisində olan bir insan kimi deyirəm əlavə edirəm – Azərbaycan polisi sözün bütün mənalarında xidmətini vətəndaş məmnunluğu üzərində qurmaqla, bütün çağırışlara operativ reaksiya verir. Ancaq bu olanları, polisin fəaliyyətini hamı etiraf etməsə də əksəriyyət polisin fəaliyyətini təqdir edir. O adamlar etiraf etmir ki, onlar həyatlarını, ictimai davranışlarını qanunlar əsasında tənzimləmir.

- Özünüzü hansı zirvədə görürsünüz?

- Mən Vətənim Azərbaycana xidmət etməkdən uca zirvə tanımıram, bilmirəm. Harada oluramsa olum, məqsədim Vətənə, vətəndaşıma xidmətdir. Bu şüar deyil, mənim həyat amalımdır.

Xəbər lenti
0