BAKI, 17 iyul — Sputnik. Ağdamın "Qarabağ" klubu bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Sputnik Azərbaycan bildirir ki, "Süvarilər" "Dalğa Arena"da Albaniyanın "Partizani" komandasını qəbul ediblər. Oyun 2:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin xeyrinə başa çatıb.
Qolları 51-ci dəqiqədə Filip Ozobiç, 90+4-də isə Dani Kintana vurub.
"Qarabağ" 2-ci mərhələdə "Riqa" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək