BAKI, 17 iyul — Sputnik. Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini həyata keçirib.
Sputnik Azərbaycan klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, klub fransız hücumçu Maqaye Qeyeni heyətinə cəlb edib.
29 yaşlı Seneqal əsilli futbolçu Fransanın "Strasburq" futbol klubunun yetirməsidir. Futbolçunun son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. Qeye karyerası ərzində Fransanın "Brest", İngiltərənin "Everton", "Milluoll" və Türkiyənin "Adanaspor" komandalarında da çıxış edib.
Qeyd edək ki, "Qarabağ" yay fasiləsində braziliyalı müdafiəçi Aylton Silva, mərakeşli müdafiəçi Faysal Rerras və ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə qatıb.