CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentlərin nəzərinə!

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər

BAKI, 17 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr edib.

Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Abituriyent olmayanlardan 36 manat alıb sınağa çəkəcəklər

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir ki, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək.

Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. İxtisasların siyahısı "Abituriyent" jurnalının 4 saylı buraxılışında verilib. Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların kodları, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da "Abituriyent" jurnalının 2019-cu il 2-ci nömrəsində və "2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI" xüsusi buraxılışında dərc edilib. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Xərçəng xəstəsi Şamama Bəxtiyarova - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Leyla Əliyevanın qolbağı uğur gətirdi" - xərçəng xəstəsi Şamama bir ili necə qabaqladı

Xatırladaq ki, qeyd olunan vəsaitləri aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

"İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" kitabçalarının elektron versiyasını da (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Xəbər lenti
0