CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Leyla Əliyevanın qolbağı uğur gətirdi" - xərçəng xəstəsi Şamama bir ili necə qabaqladı

© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Xərçəng xəstəsi Şamama Bəxtiyarova - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər məqsədimizə həqiqətən çatmaq istəyiriksə, həyatda heç bir şey əngəl ola bilməz"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Budəfəki həmsöhbətimiz xərçəng xəstəsi olduğu üçün bir il dərslərdən kənar qalsa da, həvəsdən düşmədən ali məktəbə hazırlaşıb lazım olan balı toplayan 17 yaşlı Şamama Bəxtiyarovadır.

Şamamanın ağır xəstəliyə düçar olmasına rəğmən ali məktəbə qəbul imtahanında keçid balından yüksək nəticə əldə  etməsindən danışmazdan öncə onun barəsində oxucularımıza qısa məlumat verək.

© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Leyla Əliyevanın qolbağı uğur gətirdi - xərçəng xəstəsi Şamama bir ili necə qabaqladı - Sputnik Azərbaycan
Xərçəng xəstəsi Şamama Bəxtiyarova

 2002-ci il fevralın 12-də Ağcabədi rayonunda yerləşən Ağbulaq obasında dünyaya göz açan Şamama Bəxtiyarova məcburi köçkün ailəsində böyüyüb. 10-cu sinfə qədər həyatı öz axarı ilə davam etsə də, buraxılış ilində tale onu gözləmədiyi "sürpriz"lə üz-üzə qoyub. Əvvəlcə ayaqlarında kəskin ağrılar baş qaldırıb. Ailə üzvləri Şamamanın revmatizm xəstəliyindən əziyyət çəkdiyini düşünərək həkimə aparıblar. Amma həkimlər ona sümük xərçəngi diaqnozu qoyublar. Şiddətli ağrılar ürəyi oxumaq həvəsi ilə çırpınan Şamamanı dərslərini yarımçıq qoymağa vadar edib. Şamama üçün buraxılış ilində təhsil almaq, hazırlığını davam etdirmək mühüm olsa da, o, dərslərinə Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında davam etməli olub. Bir tərəfdən amansız xəstəliklə çarpışmaq, digər tərəfdən arzuya çatmaq üçün oxumaq çətin olsa da, Şamama məqsədinə çatıb. Sputnik Azərbaycan "Əgər məqsədimizə həqiqətən çatmaq istəyiriksə, həyatda heç bir şey əngəl ola bilməz" devizini həyat qayəsinə çevirən Şamama ilə kiçik müsahibəni oxucularına təqdim edir.

- Şamama, sənin haqqında eşidəndə, sözün açığı, mübarizliyinə heyran qaldım. Deməli, insan istəyərsə, həyatda bir çox istəklərinə nail ola bilərmiş...

- Mənim haqqımda yüksək fikirdə olduğunuz üçün təşəkkür edirəm. Əlbəttə, həyat mübarizədir.

- Dedilər, ali məktəbə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək üçün Bakıya gəlmisən. Biz də bu fürsətdən yararlanıb səninlə görüşdük. İmtahanın birinci mərhələsi necə keçdi?

- Birinci mərhələdə 338 bal topladım. İkinci mərhələdə isə, ilkin hesablamalarımıza görə, 370-407 arası bal toplamışam. Nəticələr açıqlanandan sonra nə qədər bal topladığım dəqiq məlum olacaq.

© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Leyla Əliyevanın qolbağı uğur gətirdi - xərçəng xəstəsi Şamama bir ili necə qabaqladı - Sputnik Azərbaycan
Xərçəng xəstəsi Şamama Bəxtiyarova

- Arzun nədir, hansı peşənin sahibi olmaq istəyirsən?

-3-cü qrupa sənəd vermişəm. Arzum ingilis dili müəllimi olmaqdır.

- Şamama, bu peşəyə maraq, yəqin ki, səbəbsiz deyil...

- İngilis dili müəllimim Şəbnəm Cəbrayılova bu peşəni sevdirib mənə. O, xəstə olduğum müddətdə də mənə öz dəstəyini əsirgəmədi. Videozəng vasitəsilə dərslərimi oxumağıma kömək edirdi.

- İmtahana hazırlaşmaqdan söz düşmüşkən, ali məktəbə qəbul olmaq üçün repetitor yanına getmisənmi?

- Mən xəstələnəndən sonra yeriməyimdə problem yaranmışdı. Kurslardan birinin rəhbəri, Şöyüb Səfərov mənə pulsuz hazırlıq təklif etdi. Bir müddət orada hazırlıq keçdim.

- Qoltuq ağacı ilə kursa gedib-gəlmək çətin olmadımı?

- Kənd yolları palçıqlı, kələ-kötür olur. Amma mən qarşıma məqsəd qoymuşdum ki, universitetə qəbul olmalıyam. Sağ olsunlar ki, mənə təmənnasız hazırlıq üçün şərait yaratmışdılar. Ona görə də, çətin olsa da, qoltuq ağacı ilə kursa gedib-gəldim.

© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Leyla Əliyevanın qolbağı uğur gətirdi - xərçəng xəstəsi Şamama bir ili necə qabaqladı - Sputnik Azərbaycan
Xərçəng xəstəsi Şamama Bəxtiyarova

- Şamama, xəstəxanada da kitab əlindən yerə düşməyib deyirlər...

- Bəli, müalicəm davam edə-edə Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında dərslərimi oxuyurdum.

- Orada müalicə aldığın dönəm yaddaşında hansı izləri buraxıb?

- Sağlamlığıma qovuşmaq arzusu ilə yaşayırdım. Heç vaxt həyatın mənim üçün bitdiyini düşünməmişəm. Xəstəxanada olduğum vaxt bizə dedilər ki, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar arasında rəsm müsabiqəsi keçiriləcək. Mən də müsabiqəyə qatıldım. Qalibləri mükafatlandırmağa Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gəlmişdi. Ümumiyyətlə, Leyla xanım xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi ilə maraqlanmaq, bizimlə görüşmək üçün tez-tez xəstəxanaya gəlirdi. Onun gəlişi hər dəfə orada müalicə alan uşaqlara böyük sevinc bəxş edirdi. Bizimlə görüşündə Leyla xanım rəsm müsabiqəsinin digər qalibləri kimi mənimlə də görüşdü. Öz qolbağını qolundan çıxardaraq mənə hədiyyə etdi. Mən o qolbağı dəyərli hədiyyə olduğundan bu gün də qolumdan çıxartmıram. İmtahana gedəndə də taxıb getmişdim. Leyla xanımın qolbağı mənə uğur gətirdi. Mən ona xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdaram.

- Şamama, eşitdiyimə görə, sənin yaşadığın daxma çox ağır şəraitdədir. Müalicən davam etdiyi vaxtda orada yaşamaq sənə çətin olmur ki?

- Yaşayış şəraitimiz çox ağırdır. Biz orada içməli suyu belə pulla alırıq. Ağbulaq obası deyəndə hər kəs burada məskunlaşan məcburi köçkünlərin necə ağır şəraitdə yaşadığını bilir. Qışda yollarımız elə palçıqlı olur ki, mən qoltuq ağacı ilə yeriməyə çətinlik çəkirəm.

© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Xərçəng xəstəsi Şamama Bəxtiyarova - Sputnik Azərbaycan
1/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Xərçəng xəstəsi Şamama Bəxtiyarovanın əl işi - Sputnik Azərbaycan
2/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Xərçəng xəstəsi Şamama Bəxtiyarovanın əl işi - Sputnik Azərbaycan
3/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
© Sputnik / Zulviyya GuluyevaXərçəng xəstəsi Şamama Bəxtiyarova
Xərçəng xəstəsi Şamama Bəxtiyarovanın əl işi - Sputnik Azərbaycan
4/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
1/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
2/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
3/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova
4/4
Xərçəng xəstəsi Şamama Bəxtiyarova

-Bütün bunlara rəğmən, sən övladını yaxşı şəraitdə böyüdən bir çox valideynlərin arzusunda olduğu sevinci öz ailənə yaşatmısan. Sözsüz ki, ata-anan səninlə qürur duyurlar. Başqa hansı arzun var həyata keçməmiş?

-Mən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xanımla da görüşmək istəyirəm.

- Məcburi köçkünü olduğun Laçın Rayon İcra Hakimiyyətindən sənin həm xəstəliyin, həmçinin də bu uğurunla bağlı maraqlanan oldumu?

- Yox, bir dəfə xəstə olanda əməliyyatıma pul çatmadığı üçün babam Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmişdi. 200 manat pul vermişdilər. Mənim əməliyyatım bahalı idi. 10 min manata başa gəlirdi. Bu pulu qohum-əqrəba, məktəb müəllimlərinin köməkliyi ilə düzəltdik.

- Şamama, bu əzmin bir çox gənclərə nümunədir. Bizə vaxt ayırdığın üçün təşəkkür edirik. Son olaraq öz həmyaşıdlarına nə demək istərdin?

- Öz həmyaşıdlarıma demək istərdim ki, əgər məqsədimizə həqiqətən çatmaq istəyiriksə, həyatda heç bir şey əngəl ola bilməz...

Xəbər lenti
0