CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyent olmayanlardan 36 manat alıb sınağa çəkəcəklər

© Photo : Baku city Education DepartmentDirektor müavini olmaq istəyənlər imtahan zamanı
Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Kabinet yaradılan zaman onun pul hesabı da açılır

BAKI, 10 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Sputnik Azərbaycan DİM-in məlumatına istinadla xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 19 iyul tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bazar günü imtahan verən abituriyentlər 2 həftə gözləyəcəklər

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 19 iyul saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Xəbər lenti
0