CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis olmaq şansınızı qaçırmayın

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения"
Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
Abunə olmaq
Boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar

BAKI, 15 iyul — Sputnik. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 

Азербайджан, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
DİN və Baş Prokurorluq dəhşətli yol qəzası barədə birgə məlumat yayıb

Sputnik Azərbaycan DİN-nin məlumatına istinadla xəbər verir ki, 2019-cu il iyul ayının 20-də saat 8.00-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİN vəkilin döyülməsi məsələsinə aydınlıq gətirdi: Hüquqi qiymət veriləcək

Kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-97-52; (012)-590-94-12;

(012)-590-92-37; (012)-590-93-45.

Xəbər lenti
0