CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN vəkilin döyülməsi məsələsinə aydınlıq gətirdi: Hüquqi qiymət veriləcək

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
Abunə olmaq
Vəkil törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb

BAKI, 1 iyun — Sputnik. Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə status paylaşaraq, hadisə ilə bağlı zəruri tədbirlərin görüldüyünü qeyd etmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Sputnik Azərbaycan-a vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır.

Судейский молоток, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vəkillər Kollegiyası zorakılığa məruz qalan vəkilin müdafiəsinə qalxdı

O.Mansurzadə hadisənin təfərrüatını danışarkən bildirib ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edib. Şöbə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb.

"Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib. Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub" - deyə Mansurzadə qeyd edib.

Onun sözlərinə görə, şöbədə vəkilin qanunsuz əməlləri onun nəzərinə çatdırılıb və hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: “Ombudsmanın təklifi ilə qanun qəbul olunduğunu xatırlamıram”

"Vəkil törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb. Məsələylə bağlı Orxan Kəngərli rayon prokurorluğuna müraciət edib", - deyə rəis müavini əlavə edib.

Mansurzadə deyib ki, artıq məsələ ilə bağlı DİN-in müvafiq qurumu tərəfindən yoxlama aparılır və yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər lenti
0