CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN və Baş Prokurorluq dəhşətli yol qəzası barədə birgə məlumat yayıb

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Masallıda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi məlumat yayılıb

BAKI, 9 iyul - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Masallıda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə birgə məlumat yayıb.

Masallıda baş verən dəhşətli qəza - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli qəza ilə bağlı açıqlama – Sürücü qanunsuz fəaliyyət göstərirmiş

Sputnik Azərbaycan xəbər verir ki, birgə məlumatda bildirilir ki, iyulun 9-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində Nizami Mustafayevin idarə etdiyi “Mersedes Benz Vito” markalı 99-LH-458 dövlət nömrə nişanlı mikroavtobusun Elvin Zeynalovun idarə etdiyi “Kamaz 5511” markalı 10-MG-329 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan çırpılması nəticəsində mikroavtobusda olmuş 8 nəfərin vəfat etməsi, 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin N.Mustafayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0