S-400 sistemləri ilə bağlı saziş Ankara və Moskvanın siyasi uğurudur

© REUTERS / HANDOUTПервые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция
Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Ankaranın Amerikanın F-35-ləri əvəzinə  Rusiyanın beşinci nəsil Su-57 qırıcılarını əldə etməsi ehtimalı yüksəkdir

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 15 iyul — Sputnik. Türkiyədə hərbi çevriliş cəhdinin üçüncü ildönümü ərəfəsində (bu hadisə 2016-cı il iyulun 16-da baş verib) Rusiyanın S-400 zenit-raket sisteminin bu ölkədə peyda olması simvolik təsadüf deyil, Ankaranın Vaşinqton tərəfindən edilən xarici təzyiqə birbaşa və sərt cavabdır.

Госсекретарь США Майк Помпео на пресс-конференции - Sputnik Azərbaycan
Pompeodan "S-400" açıqlaması: “Türkiyə “cəzalandırılacaq”

S-400 “Triumf” zenit-raket sisteminin komponentlərinin ilk partiyası Ankara yaxınlığındakı “Mürtəd” aviabazasına iyulun 12-də çatdırılıb. Rusiyadan Türkiyəyə qurulan aviakörpü dörd S-400 diviziyasının ən qısa zamanda – təxminən 1 həftə ərzində çatdırılmasını təmin edəcək. Bu, ölkənin bütün hərbi məkanını tam müdafiə etməyə imkan yaradacaq (NATO Türkiyə ərazisinin cəmi 30 faizini müdafiə edir).

Türkiyə Belarus və Çindən sonra Moskvanın “Triumf”ları göndərdiyi üçüncü ölkə olub. Türkiyə həm də Rusiyanın istehsalı olan uzaq mənzilli zenit-raket sisteminin hərbi silahlanmaya qəbul edildiyi dördüncü NATO ölkəsidir (S-300 kompleksləri Bolqarıstan, Yunanıstan və Slovakiyanın Hava Hücumundan Müdafiə Sistemlərinə uğurla inteqrasiya edilib).

Amma məhz Türkiyənin S-400 sistemlərini əldə etməsi Birləşmiş Ştatların sərt etirazı, qəzəbi və hətta gələcək (bu həftənin sonunda) sanksiyalarına səbəb olur. Paradoksu tam izah etmək olar. Ankara özünün milli və etibarlı HHM sistemini formalaşdırmaqla Vaşinqtonun total nəzarətindən xilas olur, milli müdafiə qabiliyyətinədəki xarici hərbi təzyiqlər üçün (xarici kuratorların rəhbərliyi ilə hərbi çevriliş cəhdləri) rahat olan boşluqları bağlayır.

Əgər məsələ puldadırsa, 2,5 milyard dollar o qədər də böyük məbləğ deyil. Hindistan və Çinlə analoji müqavilələr Rusiyaya daha böyük gəlir gətirəcək. Yeri gəlmişkən, “Rosoboroneksport”un sifariş çantası bu gün 50 milyard dolları keçir. Türkiyəyə S-400 sistemlərinin tədarükü bu gün ilk növbədə xarici siyasət sahəsində uğuru nümayiş etdirir. Özü də həm Ankara, həm də Moskva eyni dərəcədə bu uğura imza atıb.

Sülh və təhlükəsizliyin qarantı

S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Ərdoğan: NATO sevinməlidir ki, "S-400"ləri almışıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 14-də İstanbuldakı Vahdeddin iqamətgahında KİV nümayəndələri ilə keçirdiyi görüşdə bəyan edib ki, iqtisadi, siyasi və hərbi gücünün möhkəmləndirilməsi Türkiyə üçün zəruridir: "S-400-ləri alaraq biz müharibəyə hazırlaşmırıq… İyirmi beş il əvvəl Bosniya-Herseqovina və Küveytdə, ondan daha yaxın keçmişdə İraq, Suriya, Ukrayna, Yəmən və Qətərdə baş verənlər, İsrailin bölgədəki qəsbkarlığı ilə bağlı problemlər güclü olmadıqda sənin nələrlə qarşılaşa biləcəyini göstərir".

Ərdoğan nümunələr sırasında 2016-cı ilə iyulun 16-na keçən gecə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini qeyd etməyib. Lakin heç kim HHQ-dən olan qiyamçıların cəzasızcasına prezident sarayına və iqamətgahına, parlamentə, Silahlı Qüvvələrin Baş qərargahına aviazərbələr endirdiyini unutmayıb. F-16 qırıcıları prezidentin təyyarəsini hədəfdə saxlayırdılar. Şiddətli döyüşlər iki gündən artıq davam etdi, üç yüzədək insan həlak oldu, minlərlə vətəndaş isə xəsarət aldı. 

S-400-lərin təhlükəsizlik gümbəzinin mövcudluğu şəraitində belə uçuşlar və xəyanət heç cür mümkün deyil. Yəqin ki, üç il əvvəl Patriot ZRK də kömək edərdi, lakin amerikalılar prinsipial olaraq 20 ildən artıqdır ki, bu kompleksi Türkiyəyə vermirlər.

Зенитные ракетные системы С-400 во время репетиции парада Победы на военном полигоне Алабино - Sputnik Azərbaycan
"Türkiyə ilk qaranquş idi" - Rusiya "S-400"lərə yeni müştərilər tapıb

NATO-nun İncirlik aviabazası bu gün də ABŞ təsirinin mərkəzi olaraq qalır, lakin ilk yüz nəfər türk zabiti Rusiyada S-400 ZRS-nin istismarının əsaslarını öyrənir. Perspektivdə 1000-dək türk HƏM mütəxəssisi Rusiyada ixtisasartırma kursu keçə bilərlər. Bu hələ hamısı deyil.

S-400-ün alınmasını prezident Ərdğan "Türkiyə tarixində ən vacib saziş" adlandırdı. Çünki RF ilə müqaviləyə zenit-raket sistemlərinin birgə istehsalı daxildir və bu Tükiyənin müdafiə sənayesi kompleksinin texnoloji tərəqqisi deməkdir. Vaşinqtonun təzyiqinə baxmayaraq, Ankaranın mövqeyi belədir: Moskvadan S-400 HƏM sistemlərinin alınması və Türkiyənin F-35 beşinci nəsil bombardmançılarının istehsalı proqramında iştirakı bir-birindən asılı deyil.

“Hava hücumu” davam edir

Amerikalı tərəfdaşlar çətin ki, Ərdoğanın qiymətləndirməsi ilə razılaşsınlar: “NATO bizim S-400 sistemini almağımızla bağlı sakit durmalıdır. Biz NATO-nun müdafiəsi üçün mühüm bir sütunuq. Bu silah NATO-nun gücünü daha da möhkəmləndirəcək”. ABŞ-ın geosiyasi anlamda Türkiyəni alçaltdığı tamamilə aydındır.

Daha əvvəl Pentaqondan bəyan etmişdilər ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket kompleksini alması F-35 proqramına uyğun deyil.

Amerikalılar Rusiya “Triumf”larını Mürtəd aviabazasından Rusiyaya geri qaytarmaq qabiliyyətinə malik deyil.

Onlar öz simalarının itirilməsi, hərbi-sənaye kompleksinin milyardlarca itkisini və rus silahlarının NATO-ya ekspansiyasını qəbul edə bilməzlər.

Vaşinqton “öz ayağına güllə ataraq” Türkiyəni bərk cəzalandırmağa və bununla da alyansın digər ölkələrinə barmaq silkələməyə hazırdır. 

 S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Hindistan da ABŞ-a qarşı: Gələn il "S-400" komplekslərini ala bilər

ABŞ prezidenti Donald Tramp artıq Ankaraya qarşı sanksiyalar paketini hazırlayıb. Həftə sonuna zərbəni endirməyə hazırlaşır. Dramatik fasilə yalnız bugünkü Amerika sanksiyalarının Türkiyədəki beşinci hərbi çevrilişin ildönümü tarixi ilə təsadüfən üst-üstə düşməsilə izah olunur.

Bloomberg agentliyinin məlumatına görə, Vaşinqton ABŞ-ın həmin qiyama görə məsuliyyət daşıdığına dair əlavə spekulyasiyanı ortadan qaldırmağa çalışır.

Amerikanın rəqiblərinə qarşı fəaliyyət barədə (Countering America"s Adversaries through Sanctions Act)  qanun çərçivəsində Türkiyə F-35 qırıcılarının birgə istehsalı proqramından çıxarılacaq. Hansı ki, Ankara bu proqrama milyardlarla dollar vəsait yatırıb.

Bu, türk ordusuna zərər verə bilər və ikibaşlı çubuğa bənzəyir. Ankaranın Amerikanın F-35-ləri əvəzinə  Rusiyanın beşinci nəsil Su-57 qırıcılarını əldə etməsi ehtimalı yüksəkdir.

Dərk etmək lazımdır ki, itirilmiş simanı, əvvəlki nüfuzu heç bir sanksiya geri qaytarmağa qadir deyil.

Xəbər lenti
0