Hindistan da ABŞ-a qarşı: Gələn il "S-400" komplekslərini ala bilər

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçid "S-400" havadan müdafiə sistemi
 S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Avans ödəniləcəyi təqdirdə bu komplekslərin tədarükü 2025-ci ildə başa çata bilər

BAKI, 10 iyul — Sputnik. Moskva Hindistanın bu ilin sonuna qədər "S-400" kompleksləri üçün avans ödəyəcəyini gözləyir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov jurnalistlərə deyib.

Onun sözlərinə görə, avans ödəniləcəyi təqdirdə bu komplekslərin tədarükü 2020-ci ildə başlaya və 2025-ci ildə başa çata bilər.

Drojjov izah edib ki, avans bu il ödənilsə, "S-400"lərin birinci komplekti 24 aydan sonra Hindistana çatdırılacaq.

"Düşünürəm ki, birinci sistem 2020-ci ilin sonu - 2021-ci ilin əvvəlində çatdırılmalıdır. Birinci komplektdən sonra növbəti bir neçə il ərzində qalan digər komplektlərin tədarükü baş tutmalıdır - yəni, 2024-2025-ci illərədək Hindistan bütün sistemləri almalıdır" - o, deyib.

Xəbər lenti
0