CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda piyadaların həyatı təhlükədə - Agentlik fəaliyyətə keçdi

© Sputnik / Irade JELILBəzi yerlərdə zolaqlar, demək olar ki, tamamilə silinib
Bəzi yerlərdə zolaqlar, demək olar ki, tamamilə silinib - Sputnik Azərbaycan
Abunə olmaq
"Hüseyn Seyidzadə küçəsi istiqamətində də, demək olar ki, bir piyada zolağı belə yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Bir neçə gündür ki, sosial şəbəkələrdə paytaxtın müxtəlif ərazilərində yol nişanlama xətlərinin silindiyinə dair məlumatlar paylaşılır. Bu isə yollarda hərəkət edən piyadaların həyatını ciddi təhlükəyə qarşısında qoyur. Ekspertlər son aylarda artan piyadavurma hadisələrinə də bəzən paytaxtda vacib yerlərdə piyada zolaqlarının olmamasının, əksər yerlərdə isə bu zolaqların silinməsinin səbəb olduğunu söyləyirlər. 

Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
HADİSƏ
Gəncədə dəhşət: avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçdi

Yol nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da Sputnik Azərbaycan-a açıqlamasında paytaxtın müxtəlif ünvanlarında bu cür problemlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, Dədə Qorqud parkının qarşısında olan piyada zolaqları da silinib: "Ceyhun Hacıbəyli və Ənvər Qasımzadə küçələrində olan piyada zolaqları görünməz hala gəlib. Buradakı parka gələn insanlar nəqliyyat vasitələrinin intensivliyi yüksək olan Ceyhun Hacıbəyli küçəsindən keçmək məcburiyyətindədirlər. Bu səbəbdən həmin ərazidə zəruri təhlükəsizlik tədbirlərinin, xüsusilə də rənglənmə işlərinin yerinə yetirilməsinə ehtiyac var".

A. Allahverənov həmçinin qeyd edib ki, 4-cü mikrorayon dairəsindən Hüseyn Seyidzadə küçəsi istiqamətində də, demək olar ki, bir piyada zolağı belə yoxdur: "Daha doğrusu, var idi, amma zamanla silinmişdir. Həmin ərazidə həm də 5 saylı orta məktəb fəaliyyət göstərir ki, vəziyyətin bu şəkildə olması bu məktəbin şagirdlərinin və ümumiyyətlə həmin ərazidə yaşayan sakinlərin intensivliyi yüksək olan yoldan keçidini birbaşa təhlükə altına alır. Həmin ərazidə zəruri rənglənmə işlərinin aparılmasının təmin olunması çox vacibdir".

“Qardaş, tələsirəm!” – piyadalar yol hərəkət qaydalarına nə üçün riayət etmək istəmirlər   - Sputnik Azərbaycan
VİDEO
“Qardaş, tələsirəm!” – piyadalar yol hərəkət qaydalarına nə üçün riayət etmək istəmirlər

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində və şəhərətrafı ərazilərdə yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində artıq 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib, yol hərəkətinin təşkili baxımından mövcud çatışmazlıqlar aradan qaldırılıb. Görülən tədbirlər zamanı piyada təhlükəsizliyinə xüsusi önəm verilib, eyni səviyyəli piyada keçidlərində 1.14.1 nişanlanmaları (yəni zebralar) yenilənərək piyadaların istifadəsinə verilib. Həmçinin bu kimi tədbirlər həyata keçirilərkən bəzi yolayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilən istiqamətlərini göstərən 1.18 nişanlamalarında da nəqliyyat axınına uyğun dəyişikliklər edilərək konfliktlər aradan qaldırılıb. Mərhələli şəkildə digər küçə və prospektlərdə də analoji tədbirlər həyata keçirilir.

Xəbər lenti
0