BAKI, 4 iyul — Sputnik. Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.