Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransının hədəfi də məhz bu aktual məsələni daha araşdırmaq, piyadaları maarifləndirmək və bu rəqəmin minimuma endirilməsi üçün görülən tədbir planını müzakirə etmək olub.
Müzakirədə DİN BDYP idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Quliyev, “Sürücülərin təhsilinə yardım” ictimai birliyinin rəhbəri Fazil Məmmədov və hüquqşünas Ərşad Hüseynov iştirak edib.
Yol Polisi İdarəsənin nümayəndəsi qorxunc statistik məlumatları paylaşıb və bu problemin aradan qaldırılması üçün idarənin gördüyü tədbirlərdən və rastlaşdığı çətinliklərdən danışıb.
Ərşad Hüseynov əminliklə bildirib ki, Azərbaycanda bir çox piyada yol hərəkət qaydalarını əzbərləsə də, onların nə üçün olduğunu tam dərk edə bilməyib.